Mingəçevir seçiciləri YAP-ın namizədlərinə etimad göstərəcəklər
20.12.2014 [12:34]
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlər keçirib. Görüşlər şəhərin təhsil işçiləri, “Energetika” klubunda AzİES-in qəsəbəsinin və Tərəvəzçilik sovxozu adlanan massivinin seçiciləri ilə olub. Görüşlərdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Yaqub Hüseynov 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb.
Azərbaycanda yerli özünüidarəetmə institutunun yaradılmasından 15 il ötdüyünü deyən Y.Hüseynovun sözlərinə görə, bu illər ərzində bələdiyyələr müəyyən inkişaf yolu keçib, eyni zamanda, onların fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımlar atılıb: “Yerli özünüidarəetmə təsisatının yerli demokratiyanın inkişafında da mühüm rol oynadığını nəzərə alsaq, qarşıdan gələn seçkilər böyük əhəmiyyət kəsb edir. Çünki ilk növbədə, bələdiyyələrin səmərəli fəaliyyəti idarəetmənin daha da təkmilləşdirilməsi baxımından önəmlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Belə olan halda, bələdiyyə institutları mövcud imkanlardan faydalanmaqla səmərəli idarəetmə mexanizmi formalaşdırmaq imkanına malikdir”.
Sonra YAP tərəfindən Mingəçevir bələdiyyəsinə namizədliyi irəli sürülmüş Coşqun Abdullayev çıxış edərək seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb. Onun sözlərinə görə, seçicilərin səsvermədə iştirakı seçkilərin şəffaflığında mühüm rol oynayır. “Vətəni, dövləti sevirsinizsə, seçkilərdə fəal iştirak edin. Seçki hüququndan istifadə etməklə vətəndaşlıq mövqeyinizi bildirəcəksiniz. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın məramı xalqa layiqli xidmət göstərməkdir. YAP-ın namizədlərinə səs verməklə siz onlardan layiqli xidmət görəcəksiniz”, - deyə C.Abdullayev bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

