YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib
30.12.2014 [09:36]
İclasda “Mənzil Məcəlləsi ilə əlaqədar mənzil fondunun idarə edilməsi problemləri haqqında” məsələ müzakirə olunub
Dekabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib. İclasda komissiyanın sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə gündəlikdə duran məsələ haqqında məlumat verib. A.Rəhimzadə qeyd edib ki, “Mənzil Məcəlləsi ilə əlaqədar mənzil fondunun idarə edilməsi problemləri haqqında” məsələ bu gün aktualdır və ona görə də müzakirəyə çıxarılıb.
Mənzil Məcəlləsinin bir neçə il əvvəl qəbul olunduğunu xatırladan komissiya sədri bildirib ki, bu sənədlə əlaqədar olaraq bir sıra məsələlər həll olunmalıdır. Məcəllənin icrası ilə əlaqədar müvafiq addımların atıldığını deyən A.Rəhimzadənin sözlərinə görə, bununla bağlı görüləsi işlər də çoxdur. Bunlardan biri də mənzil fondunun idarə edilməsi ilə əlaqədardır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bu məsələ ilə əlaqədar geniş məlumat verib. N.Qasımov bildirib ki, uğurlu sosial-iqtisadi siyasət nəticəsində son 20 ildə mənzil fondunun ümumi sahəsi 30 faiz artaraq 166,4 milyon kv.m-ə çatıb. Mənzil fondunun 94 faizi qeyri-dövlət mülkiyyətində, 93 faizi və ya 154,7 milyon kv.m əhalinin şəxsi mülkiyyətindədir. N.Qasımov bildirib ki, Mənzil Məcəlləsinə əsasən mənzil fondunun idarə edilməsinin təkmilləşdirilməsi müəyyənləşdirilib. Məcəllədə mənzil fondunun onun mülkiyyətçiləri tərəfindən idarə olunması, yaşayış sahəsinin tikintisi, mənzil-tikinti kooperativlərinin təşkili, kooperativ üzvlərin hüquqları və digər məsələlər öz əksini tapıb. “Mənzil Məcəlləsinin icrası ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi ardıcıl iş aparır. Avropa İttifaqının yardımı ilə “Mənzil-kommunal sahəsində islahatlara dəstək” adlı layihə həyata keçirilir, sahə üzrə müvafiq sənədlərin hazırlanması və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC-lərin) fəaliyyətinin təşkili ilə bağlı işlər görülür. Nazirliyin təşkilatçılığı ilə ölkənin bütün şəhər və rayon icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, mənzil mülkiyyətçilərinin, məhəllə komitələrinin, sahibkarlıq subyektlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilir” - deyən, N.Qasımov bu istiqamətdə görülən işlər barədə məlumat verib, eləcə də mövcud problemlərdən danışıb.
İclasda Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov mənzil fondunun idarə edilməsi ilə bağlı bu rayonun təcrübəsi haqqında məlumat verib.
İclasda komissiyanın sədr müavini Əlibaba Əliyev, komissiyanın üzvləri Vaqif Abdullayev, Tahir Budaqov, Milli Məclisin deputatları Tahir Rzayev, Rüstəm Xəlilov və başqaları məsələ ilə əlaqədar öz fikirlərini bildiriblər.
Sonda komissiyanın müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi qəbul olunub. Sənəddə bildirilir ki, görülən işlərlə yanaşı, məcəllədən irəli gələn işlərin təşkilində müəyyən problemlər də var. Belə ki, Mənzil Məcəlləsində çoxmənzilli binaların ümumi əmlakının mülkiyyətçilərə məxsus olması, onların istismarı və saxlanması məsələləri aydın göstərilib. Qeyd olunub ki, qanunvericiliyə əsasən çoxmənzilli binaların idarə edilməsi üsulunun seçilməsi, xidmətlərin nədən ibarət olması, eləcə də, yaşayış sahəsinə görə haqqın miqdarı və bu kimi məsələlər sahə mülkiyyətçilərinin özləri tərəfindən müəyyən edilməlidir. Məcəlləyə əsasən kooperativ binanın tikintisi tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ verildikdən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativi ləğv edilməli və ya MMMC-yə çevrilməlidir. “Lakin hazırda binaların əksəriyyətində MTK-lar qeyd olunan obyektlərin mülkiyyətçisi qismində çıxış edir, liftə, istiliyə, abadlığa, yaşıllaşdırmaya, avtomobil dayanacağına və təmizliyin təşkilinə görə bina sakinlərindən özlərinin təkbaşına müəyyənləşdirdikləri ödənişlər tələb edirlər. Çoxmənzilli binaların sayının durmadan artmasına baxmayaraq, bu günə kimi Bakı şəhərində cəmi 7 MMMC yaradılıb dövlət qeydiyyatına alınıb. Yaşayış binalarının əksəriyyətinin idarə edilməsini mənzil-tikinti kooperativlərinin (MTK) rəhbərləri qeyri-qanuni olaraq öz üzərlərinə götürür və mənzil mülkiyyətçilərinin hüquqlarını kobud qaydada pozurlar” - deyə, qərar layihəsində vurğulanır.
Sənəddə, həmçinin, mənzil fondunun idarə edilməsi problemlərinin həlli sahəsində İqtisadiyyat və Sənaye Nazirliyinin müsbət işi qeyd olunub və bu məsələnin həlli ilə bağlı təşkilati tədbirlərin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04

