Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Daşkəsən rayon təşkilatı silsilə tədbirlər keçirir

YAP Daşkəsən rayon təşkilatı silsilə tədbirlər keçirir

09.01.2015 [10:05]

Yanvarın 7-də Daşkəsən rayonunun Gurbulaq və Əmirvar, dünən isə Xoşbulaq kəndlərində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatlarının yığıncağı keçirilib. Keçirilən yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, sədr müavini Cavanşir Qocayev və rayon təşkilatı idarə heyətinin üzvləri iştirak ediblər.
Yığıncaqda 23 dekabrda keçirilmiş bələdiyyə seçkilərinin yekunları müzakirə edilib. Tədbirdə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri bələdiyyə seçkilərində partiyanın namizədlərinin böyük üstünlüklə qalib gəldiklərini xatırladaraq vurğulayıb ki, partiyamızın Azərbaycan xalqı tərəfindən dəstəklənməsi, YAP-ın dövlətimiz qarşısında yüksək xidmətlərinin xalqımız tərəfindən layiqincə qiymətləndirilməsi və irəli sürülən namizədlərimizin ictimaiyyət arasında yüksək nüfuza malik olması qələbəni təmin edib. O, daha sonra görüləcək işlərlə bağlı məlumat verib.
Tədbirdə YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 1002 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30