Nərimanov rayonunda seçicilər böyük həvəslə YAP-ın namizədlərinin xeyrinə imza verirlər
19.09.2015 [10:40]
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə Yeni Azərbaycan Partiyası (YAP) yüksək səviyyədə hazırlaşır.
Hazırda isə seçki kampaniyasının namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsidir. YAP-ın yerli strukturları da bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. YAP Nərimanov rayon təşkilatı da bu prosesi mütəşəkkil surətdə həyata keçirir.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev seçki kampaniyasına hazır olduqlarını bildirib: “Biz öz işimizi partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurmuşuq. Bir müddət öncə YAP Mərkəzi Seçki Qərargahının Nərimanov rayon şöbəsi yaradılıb. Qərargahın rayon şöbəsinin 23 nəfər üzvü var ki, onlar mütəmadi olaraq toplaşırlar. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onların hər biri gördüyü işlər barədə mütəmadi olaraq məlumat verir”.
O qeyd edib ki, Nərimanov rayonu üzrə 3 seçki dairəsi mövcuddur. 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə 16 məntəqədə 20 min 716 seçici, 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə 35 məntəqədə 45 min 718 seçici, 20 saylı Nərimanov ikinci Seçki Dairəsində isə 33 məntəqədə 44 min 773 seçici qeydiyyatdadır. YAP-ın 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə namizədi İsmayıl Mübariz oğlu İsmayılov, 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə namizədi Hikmət Baba oğlu Məmmədov, 20 saylı Nərimanov ikinci Seçki Dairəsi üzrə namizədi isə İbrahim Namizəd oğlu Əsədovdur.
T.Tağıyevin sözlərinə görə, artıq namizədlərin qeydə alınması üçün sentyabrın 18-dən imza toplanılması prosesinə başlanıb: “Bu prosesi 25 partiya fəalı həyata keçirir. Onlar evlərə gedərək imza toplayırlar. Çox xoşdur ki, vətəndaşlar heç bir tərəddüd etmədən, böyük həvəslə YAP-ın namizədləri üçün imza verirlər. Bu da partiyamızın xalq arasında yüksək nüfuzunun bariz göstəricisidir”.
Təşkilat sədri onu da deyib ki, imzatoplama prosesi 2 gün ərzində başa çatacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

