Binəqədi rayonu bələdiyyə seçkilərində yüksək nəticə göstərmək niyyətindədir
24.06.2009 [12:30]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının qərargahında qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Nəbi Xəlilov bildirib ki, YAP 2008-ci il 15 oktyabr prezident seçkilərində, 2009-cu il 18 mart referendumunda böyük uğurlar əldə edib. Yerlərdə seçkilərin keçirilməsinə hazırlıq işləri mükəmməl təşkil olunduğundan yüksək nəticələr qazanılıb.
O qeyd edib ki, seçkilər ərəfəsində görülən işlər nəticəsində istər prezident seçkilərinin, istərsə də referendumun demokratik şəkildə keçirilməsinə hər cür imkan yaradılıb: “Səsvermə zamanı Binəqədi rayonunun əhalisinin 87,9 faizlik göstərici ilə yüksək fəallıq nümayiş etdirib. Bu da uğurlu nəticədir”.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının Siyasi Şurasının üzvü Ramiz Göyüşov prezident seçkilərində və referendum ərəfəsində görülən işlərlə bağlı məlumat verib: “Bələdiyyə seçkiləri də mühüm siyasi kampaniya olduğundan, yüksək səviyyədə hazırlıq işləri aparılmalıdır. Görülən işlər daim təkmilləşdirilir və bu mənada seçkilərin demokratik keçirilməsi üçün üzərimizə böyük məsuliyyət düşür”.
Natiq YAP üzvlərinin bələdiyyə seçkilərində də böyük fəallıq nümayiş etdirəcəyinə, partiyanın bu kampaniyada böyük uğur əldə edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, Binəqədi rayonu 2008-ci il 15 oktyabr prezident seçkilərində yüksək göstərici əldə edərək, 11 rayon üzrə ikinci yeri tutub: “Rayonun belə yüksək uğur əldə etməsi rayon ictimaiyyətinin ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə etimad və inamının bariz göstəricisidir”.
O, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə hazırlıqla bağlı gördüyü işləri də yüksək qiymətləndirərək, görülən işlərin hədər getmədiyini bildirib: “Bələdiyyə seçkilərində YAP üzvləri xüsusi fəallıq göstərməlidirlər. Seçkilərə mükəmməl hazırlaşmalı, partiyanın ən layiqli namizədlərinin bu seçkilərdə qələbəsinin təmin edilməsi istiqamətində ciddi səylər göstərilməlidir”.
Tədbirin sonunda YAP sıralarına yeni qoşulan rayon sakinlərinə üzvlük vəsiqələri təqdim olunub.
RAMİL VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

