/ / YAP Şəmkir rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirib
YAP Şəmkir rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirib
06.07.2017 [09:55]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Nizami Gəncəvi adına məhəlli ilk partiya təşkilatında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, 48 il bundan əvvəl, 1969-cu ilin iyulunda Sovet Azərbaycanının tarixində gələcək müstəqil Azərbaycanın tarixinə hesablanmış böyük və misilsiz bir hadisə baş verdi: “Həmin gün bütün ömrünü Azərbaycan adlı bir məmləkətin varlığına bağlamış, taleyi Azərbaycan adı ilə qoşa yazılmış xalqımızın xilaskar oğlu, dünyanın ən böyük siyasətçilərindən biri olan Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərlik etməyə başladı. Ulu öndərin 1969-cu il 14 iyulda Azərbaycanda rəhbərliyə gəlməsi Azərbaycanın ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcı idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli bir rol oynadı”.
F.Vəliyevin sözlərinə görə, Ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti Onun 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır: “Bu yol güclü, qüdrətli, zəngin, lider yolu deməkdir. Bu yol bütün dünya azərbaycanlılarının azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi deməkdir. 48 il bundan əvvəl başlanan yol bundan sonra da Azərbaycan üçün aparıcı yol olacaq və Azərbaycan xalqı daimi Ulu öndər Heydər Əliyev yolu ilə gedəcəkdir”.
Daha sonra çıxış edən Nizami Gəncəvi adına məhəlli ilk partiya təşkilatının sədri İlhamə Səfərova və partiya fəalı Elşən Ələsgərov Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıblar.
Qeyd olunub ki, bu gün Ümummilli liderin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib və hazırda ölkəmiz dünya miqyasında böyük hörmət və nüfuza malik bir dövlət kimi qəbul olunur.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

