Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının IX konfransı keçirilib
09.11.2017 [01:41]
Noyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının IX hesabat-seçki konfransı keçirilib.
Konfransda YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov geniş hesabat məruzəsi ilə çıxış edib. A.Cəfərov bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. O qeyd edib ki, hesabat dövründə YAP Neftçala rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqramının müddəaları əsasında qurub. Hazırda rayon təşkilatının sıralarında 4501 nəfər birləşib. Onların da 1894 nəfərini gənclər, 2054 nəfərini isə qadınlar təşkil edir. Hesabat dövrü ərzində təşkilatın sıralarına 565 nəfər qəbul olunub ki, onların da 266 nəfəri gənclər, 255 nəfəri isə qadınlardır.
Sonra Nəzarət-təftiş qrupunun sədri Müşviq Məmmədov hesabat məruzəsini təqdim edib. Konfrans iştirakçılarından YAP Neftçala rayon təşkilatı Qadınlar Şurasının sədri Gültəkin Sadıqova, YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev, Neftçala Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və YAP Neftçala rayon təşkilatı təhsil ilk partiya təşkilatının sədr müavini Şəfəq Balaşova çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşib: “Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin inkişaf prosesində YAP aparıcı siyasi qüvvə kimi çıxış edir və bu istiqamətdə fəaliyyətini gələcəkdə də uğurla davam etdirəcək”.
Konfransda təşkilati məsələlərə də baxılıb və Anar Cəfərov yenidən YAP Neftçala rayon təşkilatının sədri seçilib. Həmçinin, sədrin müavinləri, rayon təşkilatının 15 nəfərdən ibarət İdarə Heyəti, 41 nəfərdən ibarət Şura və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib.
Sonda bir qrup partiya fəalına ictimai-siyasi proseslərdə aktivliyinə görə Fəxri fərman və hədiyyələr təqdim olunub. Həmçinin, partiyanın sıralarına yeni qəbul olmuş şəxslərə YAP-ın üzvlük vəsiqələri verilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

