Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Siyəzən rayon təşkilatı “İlhamla irəli” şüarı ilə təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

YAP Siyəzən rayon təşkilatı “İlhamla irəli” şüarı ilə təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

24.03.2018 [10:21]

Yeni Azərbaycan Partiyasının (YAP) Siyəzən rayon təşkilatı “İlhamla irəli” şüarı ilə təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Belə ki, YAP Siyəzən rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Dağquşçu kəndində seçicilərlə görüş keçirib.
Görüşdə çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb: “15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir”.
Görüşdə həmçinin YAP Siyəzən rayon təşkilatı sədrinin müavini Mircəlal Kazımzadə çıxış edib. O, seçiciləri aprelin 11-də seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verməyə çağırıb.

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31