Gəncəlilər 11 apreldə cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklər
29.03.2018 [10:34]
Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsi üzvlərinin çoxsaylı seçicilərlə növbəti görüşü ruh yüksəkliyi ilə keçib.
Ziyalıların, ağsaqqalların, qadınların və gənclərin fəal iştirak etdiyi görüşü YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev açaraq, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyindən qürurla bəhs edib. “Azərbaycan xalqı fəxr edir ki, onun cənab İlham Əliyev kimi parlaq dövlətçilik istedadına, mühüm beynəlxalq nüfuza, ümumxalq məhəbbətinə, böyük quruculuq təcrübəsinə, düşünülmüş qətiyyətə malik görkəmli dövlət rəhbəri var. Bütün ölkə vətəndaşları kimi gəncəlilər də 11 apreldə öz sözünü həmrəyliyi ilə bildirəcək, “İlhamla irəli” deyəcəklər” - millət vəkili bildirib.
Milli Məclisin deputatları Xanlar Fətiyev, Pərvin Kərimzadə, Musa Quliyev, təşviqat qrupunun üzvləri Akif Süleymanov və İbrahim Cəfərov son illərdə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəldilmiş layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, iqtisadi yüksəlişindən, dayanıqlı inkişafından söhbət açaraq ölkəmizin yeni qələbələrə və uğurlara imza atması üçün seçiciləri 11 apreldə seçki günündə fəal olmağa səsləyiblər.
Nərgiz Rəsulova, Yusif Yusibalıyev seçicilər adından çıxış edərək, cənab İlham Əliyevin Azərbaycanı işıqlı gələcəyə apardığını vurğulayıblar.
Görüş iştirakçıları 11 apreldə cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

