/ / YAP Qadınlar Şurası İdarə Heyətinin üzvləri ölkəmizdə səfərdə olan türkdilli ölkələrin parlamentlərinin bir qrup qadın millət vəkilləri ilə görüşüblər
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvləri ölkəmizdə səfərdə olan türkdilli ölkələrin parlamentlərinin bir qrup qadın millət vəkilləri ilə görüşüblər
30.11.2018 [10:24]
Noyabrın 29-da Türk Dünyası Qadın Platformasının (TÜRKAP) təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan türkdilli ölkələrin parlamentlərinin bir qrup qadın üzvləri ilə Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası İdarə Heyətinin üzvlərinin görüşü keçirilib.
Bakı Slavyan Universitetində (BSU) keçirilən görüşdə qonaqlar əvvəlcə universitetin tələbələrinin təqdimatında türk və slavyan xalqlarının mədəniyyətini əks etdirən musiqili kompozisiyanı izləyiblər.
Daha sonra görüşdə çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, BSU-nun rektoru Nurlana Əliyeva Azərbaycan ilə türkdilli ölkələr arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. N.Əliyeva qeyd edib ki, əlaqələrin inkişafında vətəndaş cəmiyyətinin müxtəlif platformaları da vacib rol oynayır. Bu mənada qadınların da təşəbbüskarlığını yüksək qiymətləndirən YAP Qadınlar Şurasının sədri Azərbaycan və Türkiyə qadınlarının əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb.
YAP Qadınlar Şurasının bir sıra ölkələrin siyasi partiyalarının qadın qolları ilə əməkdaşlıq etdiyini deyən N.Əliyeva bu baxımdan, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qadın qolları ilə əlaqələri xüsusi qeyd edib. Onun fikrincə, qloballaşan dünyada türkdilli ölkələr arasında münasibətlərin daha da güclənməsi vacibdir. Bu münasibətlərin güclənməsinə türk dünyasının qadınları da böyük töhfələr vermək imkanındadır.
Görüşdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan millət vəkili, parlamentin Dilekçe komissiyası başkanı Mihrimah Belma Satır Azərbaycanla Türkiyənin münasibətlərinin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslandığını söyləyib. Onun sözlərinə görə, türk dünyasının qadınları arasında əlaqələrin güclənməsi zəruridir. Bu baxımdan, TÜRKAP platforması çox təqdirəlayiqdir.
Görüşdə həmçinin TÜRKAP-ın rəhbəri İlhamə Novruzova, Şimali Kipr Parlamentinin millət vəkili Resmiye Canaltay, Qırğızıstan parlamentinin üzvü Elvira Surabaldiyeva, YAP Qadınlar Şurası İdarə Heyətinin üzvləri - Hesablama Palatasının auditoru Mehriban Alışanova, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Sevinc Hüseynova və digərləri çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

