Akademik Zərifə Əliyeva Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biridir
25.04.2019 [09:46]
Aprelin 24-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, yüksək mənəvi-əxlaqi dəyərlərə malik olan, gözəl insan, həssas xanım kimi yaddaşlara həkk olan Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir. Ş.Hacıyev akademik Zərifə Əliyevanın Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biri olduğunu söyləyib. Bildirilib ki, Zərifə xanım Əliyeva oftalmologiya sahəsinin ən aktual problemləri ilə məşğul olub. O, görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb. Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin böyük hissəsi Moskva ilə bağlı olub və burada böyük elmi uğurlar əldə edib.
Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan qadınının adını zirvələrə ucaldan, keçdiyi şərəfli və zəngin həyat yolu ilə bütün insanlığa nəciblik, zəriflik, xeyirxahlıq, zəhmətkeşlik, fədakarlıq, eyni zamanda, mərdlik, ləyaqət və cəsarət nümunəsi olan Zərifə xanımı Azərbaycan səhiyyə sistemində öz novatorluğu ilə tamamilə yeni səhifə açmış görkəmli alim-pedaqoq kimi xarakterizə edib. H.Rəcəbli bildirib ki, Ulu Öndərin dövlətçilik fəaliyyətinin səmərəli olmasında Zərifə xanım Əliyevanın da böyük rolu olub. Zərifə xanım Azərbaycan xanımının, Azərbaycan anasının simasıdır.
Tanınmış oftalmoloq-alim, şair Paşa Qəlbinur və digər çıxış edənlər qısa həyat yolu ərzində genişmiqyaslı işlər görmüş alimin, eyni zamanda, böyük bir missiyanı da yerinə yetirdiyini bildiriblər. Qeyd edilib ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin, görkəmli dövlət başçısının, diplomatın, siyasətçinin etibarlı, dəyanətli, şəfqətli və cəsur həyat yoldaşı olmaq məhz ona nəsib olub. Zərifə Əliyeva ən çətin məqamlarda Heydər Əliyevə dəstək olub. Bütün bunlar Zərifə xanımın mətanətli, dəyanətli, cəsur bir Azərbaycan qadınına xas xüsusiyyətlərə malik olduğunu bir daha sübut edir. Onun yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqına, xüsusilə qadınlarımıza və gənc qızlarımıza nümunədir.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

