/ / YAP Ağstafa rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir
YAP Ağstafa rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir
11.05.2019 [10:36]
Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir. Bu tədbirlər çərçivəsində rayon təşkilatının qərargahında "Dahilər unudulmur" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov hazırda ölkəmizin bütün guşələrində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbirlərin keçirildiyini bildirib. R.Tatarov deyib ki, müstəqil dövlətimiz məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: "Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Ölkəmiz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində gündən-günə inkişaf edir və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir".
Tədbirdə YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin İmaməliyev, Qalib Cəfərov, İndira Səmədova, Məmməd Məmmədov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Qeyd olunub ki, Ümummilli Liderimizin uzaqgörən siyasəti, yüksək idarəçilik qabiliyyəti və əzmkar fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın adı bir dövlət kimi dünya tarixinə əbədi olaraq yazılıb. Diqqətə çatdırılıb ki, hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin formalaşması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsi və regionun iqtisadi-siyasi həyatında mühüm rol oynaması məhz Ulu Öndərin adı ilə bağlıdır və bugünkü Azərbaycanın inkişaf strategiyasının əsasında da Heydər Əliyev ideyaları dayanır. Həmçinin Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, Ulu Öndərin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində ölkəmiz regionun ən güclü dövlətinə çevrilib, bütün sahələrdə mühüm nailiyyətlərə imza atıb. Azərbaycanın müstəqilliyinin güclü təməl üzərində qurulduğunu qeyd edən natiqlər ölkəmizin beynəlxalq nüfuzunun artdığını, xalqın rifahının getdikcə yüksəldiyini qeyd ediblər.
Onu da bildirək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP Ağstafa rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş futbol üzrə Ağstafa rayon çempionatına da yekun vurulub. Aprelin 5-dən start götürən çempionatda 18 komanda mübarizə aparıb. May ayının 9-da isə final oyunu baş tutub. Mayın 10-da isə rayonun Heydər Əliyev parkında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov, rayon idarə-müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirib. Sonda çempionatın I, II və III yerlərini tutmuş komandalara YAP Ağstafa rayon təşkilatının kubok, medal, diplom və qiymətli hədiyyələri təqdim edilib.
Qeyd edək ki, mayın 10-da həmçinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ağstafa rayonunda ağacəkmə aksiyası da keçirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

