Lerikdə “Yay məktəbi” işini davam etdirir
17.07.2019 [09:32]
Layihənin 3-cü günündə gənclər müxtəlif mövzularda təlim, tədbir və idman yarışları keçiriblər
Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində təlim və tədbirlər iyulun 16-da da davam etdirilib. Belə ki, günün birinci yarısında icebreaker təşkil olunub.
Sonra “Sosial şəbəkələr: təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Çıxış edən YAP Gənclər Birliyi Ofisinin koordinatoru Elmar Məmmədov təlimin mövzusu və faydaları barədə danışıb.
Sonra təlimin moderatoru YAP Nərimanov rayon təşkilatının fəalı Fuad Babayev sosial şəbəkələrdən istifadə qaydaları və təhlükəsizlik məsələləri barədə ətraflı məlumat verib. Sonda gənclərin sualları cavablandırılıb.
Günün ikinci yarısında isə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirə və təqdimat olub.
Çıxış edən Milli Məclisin deputatı Sevinc Hüseynova dövlət gənclər siyasətinin əsas prinsip və prioritetləri barədə məlumat verib. Deputat bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Vurğulanıb ki, Azərbaycanda gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sevindirici hal ondan ibarətdir ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tez-tez gənclərlə görüşür, onlarla fikir mübadiləsi aparır.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tərkibində Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması, V çağırış Milli Məclisin tərkibində yeni Gənclər və İdman komitəsinin fəaliyyətə başlaması bir daha Azərbaycanda gənclər siyasətinə sistemli və davamlı münasibətin göstərildiyini nümayiş etdirir.
Müzakirələr zamanı diqqətə çatdırılıb ki, bu günə qədər gənclər siyasətinə dair bir sıra proqramlar və qanunlar qəbul olunub. Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yaradıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı, kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formlaşmasına töhfə verməklə çox geniş spektri əhatə edib. Gənclər Fondunun yaradılması, Gənclər Evləri şəbəkəsinin regionlarda və paytaxtda işə düşməsi, Azərbaycan Gənclər Paytaxtının təsis olunması, eləcə də reallaşdırılan proqramlar gəncliyimizin inkişafına töhfə verməkdədir.
Müzakirələrdə çıxış edən gənclər dövlət gənclər siyasətinin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasını təmsil edən gənclərin rolundan bəhs ediblər. Bildirilib ki, YAP Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir. Özündə yüksək intellektual potensialı birləşdirən YAP sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Bu gün YAP üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir. YAP öz fəaliyyətində daim üzvlərinin rəy və təkliflərini nəzərə alır və demokratik idarəçilik prinsiplərini layiqincə tətbiq edir. Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır. Elə 2007-ci ildən təşkil olunan “Gənc liderlərin yay məktəbi” layihəsi də partiyanın gənclərə dəstəyi və dövlət gənclər siyasətinə töhfəsidir.
Müzakirələrdən sonra YAP Şəmkir rayon təşkilatının Gənclər Birliyinin sədri Emin İsmayılov dövlət gənclər siyasəti və Şəmkir rayonunda gənclərin fəaliyyəti barədə təqdimat edib. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Təlim və müzakirələrdən sonra gənclər arasında müxtəlif idman yarışları keçirilib. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.
Qeyd edək ki, “Yay məktəbi”nin hər bir günü gənclərin həyatında müxtəlifliyi ilə diqqət çəkir. Gənclər həmin gün çərçivəsində təşkil olunan seminarlar, diskussiyalar zamanı öz biliklərini artırır, bir-birləri ilə ünsiyyət əsasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərinin mübadiləsinə nail olurlar. Gənclər üçün həm təcrübə, həm də biliklərin mübadiləsinə yardımçı olan “Yay məktəbi” davam edir.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

