/ / YAP İcra Katibliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransı keçirib
YAP İcra Katibliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransı keçirib
16.01.2020 [09:46]
Saleh Məmmədov: 2019-cu il ərzində Azərbaycanda 1376,6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub
Yanvarın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransı keçirib. Mətbuat konfransında 2019-cu il ərzində yerinə yetirilmiş işlər barədə ətraflı məlumat verilib.
S.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev yol infrastrukturu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısında konkret tapşırıqlar qoyub. Onun sözlərinə görə, dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2019-cu il ərzində 1376,6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. O cümlədən respublika əhəmiyyətli 139,8 km, yerli əhəmiyyətli 908,8 km, Bakı şəhəri üzrə 301,5 km, Sumqayıt şəhəri üzrə 26,5 km yol çəkilib. S.Məmmədov qeyd edib ki, 2019-cu il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb. Ümumilikdə 2019-cu il ərzində Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatıb. Bundan əlavə, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 km olan 3 respublika əhəmiyyətli, uzunluğu 79,3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib.
Ötən il Bakı şəhərində ümumi uzunluğu 301,5 km olan şəhər yolları yenidən qurulub və təmir olunub
Bakı şəhərinin avtomobil yolları ilə bağlı məlumat verən S.Məmmədovun sözlərinə görə, 2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301,5 km olan şəhər yolları yenidən qurulub və təmir olunub: “Cənab Prezidentin imzaladığı sərəncamlara uyğun olaraq yenidən qurulan aşağıdakı layihələr başa çatıb: Sabunçu rayonunda Zabrat-Maştağa yolu - “Savalan” yaşayış massivi (3,4 km), Sabunçu rayonu Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu (5,1 km), Suraxanı rayonunda Hövsan qəsəbəsi ilə Zeytun sovxozunu birləşdirən avtomobil yolu (6,6 km), Nərimanov rayonunda yenidən qurulan, uzunluğu 6,0 km olan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yollar, Pirallahı rayonunda, uzunluğu 3,5 km olan Qala-Pirallahı yolu-Gürgən qəsəbəsi və Qala-Pirallahı yolu-“Qoşa Qışlaq” yaşayış massivi avtomobil yolları, Səbail rayonunda uzunluğu 8,6 km olan Gülbala Əliyev küçəsinin (20-ci sahə) əsaslı təmiri, Yasamal rayonunda, uzunluğu 0,8 km olan Şəfaət Mehdiyev küçəsi, Uzunluğu 11,0 km olan Xocasən-Lökbatan avtomobil yolunun 0-11 km hissəsinin təmiri, Xəzər rayonunda uzunluğu 19,8 km olan daxili avtomobil yollarının yenidənqurulması aparılıb. Bundan əlavə, Bakı şəhərinin rayonlarında təmirə ehtiyacı olan 197,6 km uzunluğunda küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsaslı təmir işləri yerinə yetirilib. Əhali və yerli İcra Hakimiyyəti orqanları tərəfindən edilən müraciətlər nəzərə alınaraq, 2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonu, Binəqədi rayonu, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi, Sabunçu rayonu ərazisində qəsəbədaxili yolların əsaslı təmiri üçün cənab Prezident tərəfindən sərəncamlar imzalanıb və işlər sürətlə və keyfiyyətlə davam etdirilir. 2019-cu il ərzində Bakı şəhər yollarında 1019,4 min m2 sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib”.
Daxili investisiya hesabına yerinə yetirilən respublika əhəmiyyətli layihələrə gəlincə, S.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019-cu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərcləri hesabına Şirvan-Salyan avtomobil yolu (31 km, 2 hərəkət zolaqlı), Lənkəran-Lerik avtomobil yolu (51 km, 2 hərəkət zolaqlı), Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabad hissəsinin bərpası (34,8 km, 2 hərəkət zolaqlı) işləri başa çatdırılıb. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 92,0 km, 4 hərəkət zolaqlı), M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 km hissəsinin tikintisi( 60,0 km, 4 hərəkət zolaqlı) işləri davam etdirilib.
Xarici kredit hesabına yerinə yetirilən layihələrə gəlincə, S.Məmmədov söyləyib ki, 2019-cu il ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı), R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 km, 2 hərəkət zolaqlı), M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 km, 2 hərəkət zolaqlı), R-32 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59.8 km, 2 hərəkət zolaqlı) layihələri üzrə işləri davam etdirilib.
Bu il respublikada uzunluğu 893,2 km olan kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulur
S.Məmmədov 2020-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yerinə yetiriləcək işlər barədə də məlumat verib. Bildirilib ki, 2020-ci ildə respublikanın 29 şəhər və rayonunda, habelə Bakı şəhərinin 12 rayonu ərazisində uzunluğu 893,2 km olan kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulur. İcrasına 2018-2019-cu ildə başlanmış layihələrin uzunluğu 139,8 km-dir. Buraya Susay - Xınalıq 34,8 km, Quba - Qonaqkənd 46,0 km, Qusar rayonunda Cibir - Həzrə 44,0 km, Qobustan rayonunda Ərəbqədim - Göydərə 13,0 km, Qəbələ rayonunda Bum çayı üzərində körpü və 2 km avtomobil yolu və Gədəbəy rayonunda 2 körpünün tikintisi daxildir.
Eləcə də 24 rayon ərazisində uzunluğu 582,5 km olan 24 kəndlərarası avtomobil yolunun, Bakı şəhərinin isə 12 rayonunda ümumi uzunluğu 171,6 km olan 26 qəsəbə daxilində avtomobil yollarının təmiri və tikintisi işləri yerinə yetiriləcək.
2020-ci ildə respublika əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri işləri davam etdiriləcək. Bir sıra layihələr isə başa çatdırılacaq. Buraya Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 km hissəsinin tikintisi, M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi, R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması, M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması, R-32 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası, Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulması, “Ağ şəhər” layihəsi çərçivəsində yolların tikintisi işləri, Bakı şəhərində və respublikanın yollarında piyada keçidlərinin tikintisi işləri, Ələt-Hacıqabul avtomobil yolunun asfalt-beton örtüyünün bərpası işləri, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi, Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədilə Xırdalan dairəsində yerləşən müxtəlif səviyyəli tunel tipli yol qovşağında yenidənqurma işlərinin aparılması, R-8 Muğanlı-İsmayıllı avtomobil yolunun layihələndirilməsi və yenidən qurulması daxildir.
Zığ-Hövsan yolunun tikintisi bu ilin avqustunda başa çatdırılacaq
Daha sonra S.Məmmədov jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, Ələt-Astara istiqamətdə yeni tikilən avtomobil yolunun ödənişli olması ilə bağlı konsepsiya hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Yolda turniketlər quraşdırılacaq və bu qurğular tender yolu ilə alınacaq. Ödəniş tarifini isə Tarif Şurası müəyyən edəcək.
Dövlət Agentliyinin rəhbəri həmçinin qeyd edib ki, Zığ-Hövsan yolunun tikintisi bu ilin avqustunda başa çatdırılacaq. Bundan əlavə, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsinə artıq başlanılıb və Xırdalan dairəsi ərazisində mövcud yeraltı tunelin həm gediş-gəliş hissəsində əlavə 2 hərəkət zolağının, həm də yeni yeraltı tunelinin tikintisinə başlanılıb. Bibiheybət yamacında 75 metr olan qəzalı hissəsində istinad divarının tikintisi isə may ayının sonunadək başa çatdırılacaq. Onun sözlərinə görə, işlər başa çatdırılandan sonra 4 hərəkət zolaqlı yol vətəndaşların istifadəsinə veriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48

