/ / YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun seçicilərlə növbəti görüşləri Babək rayonunun Sirab, Qahab və Naxışnərgiz kəndlərində olub
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun seçicilərlə növbəti görüşləri Babək rayonunun Sirab, Qahab və Naxışnərgiz kəndlərində olub
02.02.2020 [10:12]
5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçicilərlə görüşlərini uğurla davam etdirir. Növbəti görüşlər Babək rayonunun Sirab, Qahab və Naxışnərgiz kəndlərində olub.
Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatının sədri İsa Məmmədov Siyavuş Novruzovun ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini, ona göstərilən etimadı doğrultduğunu deyib. İ.Məmmədov ümumxalq partiyası olan YAP-ın parlament seçkilərinə qətiyyətli qələbə əzmi ilə getdiyini vurğulayıb. O, gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm nailiyyət əldə edəcəyinə əminliyini ifadə edərək seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Deputatlığa namizəd Siyavuş Novruzov Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının dinamik inkişafından, həyata keçirilən sosial layihələrin uğurlu nəticələrindən, vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmalarından və digər məsələlərdən geniş söhbət açıb. Azərbaycanda Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə milli inkişafa xidmət edən çoxşaxəli islahatların həyata keçirildiyini bildirən S.Novruzov “Azərbaycanın inkişafı dinamik xarakter daşıyır, əhalinin rifahı daim yaxşılaşır, ölkəmizin qüdrəti daha da artır”, - deyib. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının inkişafına daim böyük diqqət göstərdiyini deyən deputatlığa namizəd qeyd edib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən sosial-iqtisadi tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi sakinlər tərəfindən böyük məmnunluqla qarşılanır. Muxtar respublikanın, o cümlədən Babək rayonunun sakinlərinin layiqli həyat şəraitinin təmin olunması həyata keçirilən siyasətin səmərəliliyini göstərir”.
YAP-ın seçki proqramından və daha güclü Azərbaycan naminə 10 addım paketindən bəhs edən S.Novruzov seçiciləri fevralın 9-da parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Görüşlər zamanı seçicilərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb. Seçicilər ümumxalq partiyası olan YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

