/ / Rafiq Əliyev: Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini və təxribat cəhdini pisləməlidir
Rafiq Əliyev: Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini və təxribat cəhdini pisləməlidir
15.07.2020 [08:33]
“İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməklə növbəti dəfə sabitliyi pozması onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğal altında saxlamaqdan ibarətdir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev deyib.
R.Əliyevin sözlərinə görə, Ermənistan hakimiyyətinin növbəti təxribata əl atması bir sıra məqamlarla bağlıdır: “Əvvəla onu deyim ki, Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, Azərbaycan Prezidenti İlham Əliyevin koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi haqqında təşəbbüsünün 130 dövlət tərəfindən dəstəklənməsi və xüsusi iclasının keçirilməsi barədə qərarın qəbul edilməsi, həmçinin digər uğurlar Ermənistanı, erməni lobbisini, ermənipərəst dairələri ciddi narahat edir”.
Aparat rəhbəri deyib ki, Ermənistan rəhbərliyinin sərhəddə pozuculuq fəaliyyəti həmçinin, işğalçı ölkə daxilindəki gərgin vəziyyətdən də qaynaqlanır: “Onsuz da acınacaqlı durumda olan işğalçı ölkədə pandemiya əlaqədar heç bir əməli addım atılmayıb, bu isə həm səhiyyə, həm də sosial-iqtisadi sahədə böhranı daha da dərinləşdirib. Eyni zamanda epidemoloji fəlakət qaçılmazdır. Bütün bunların fonunda Ermənistanda daxili ictimai-siyasi durum olduqca mürəkkəbləşib, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi sürətlənib. Bu da onu göstərir ki, Paşinyan ölkə daxilində həll etməyə aciz qaldığı problemləri ört-basdır etmək üçün belə bir təxribatla diqqəti daxili problemlərdən yayındırmaq istəyir”.
R.Əliyevin sözlərinə görə, aparılan təhlillər göstərir ki, Ermənistanın bu təxribatı törətməkdə digər bir məkrli niyyəti də var: “Məqsəd həm də sərhəddə gərginlik yaradaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməkdir. Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə KTMT ölkələrini öz çirkin siyasətinə alət etməyə çalışır. Lakin işğalçı dövlətin ümidləri bu dəfə də puç olub. Belə ki, Ermənistanın təkidi ilə sərhəddəki gərginliklə bağlı KTMT-nin daimi şurasının planlaşdırılan növbədənkənar görüşü ləğv olunub”.
Açlqlamasında hər zaman olduğu kimi, bu dəfə də erməni təxribatının qarşısının Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində alındığını diqqətə çatdıran R.Əliyev deyib ki, hansı səbəbdən olursa olsun Ermənistanın avantürası ortadadır: “Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, işğalçı ölkə münaqişənin sülh yolu ilə həllini istəmir. Bu səbəbdən də yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini və təxribat cəhdini pisləməli, buna öz hüquqi qiymətini verməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

