/ / Ramiz Hüseynov: Xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək düşmənə qarşı inamlı və qətiyyətli mübarizə aparmaq üçün səfərbərdir
Ramiz Hüseynov: Xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək düşmənə qarşı inamlı və qətiyyətli mübarizə aparmaq üçün səfərbərdir
18.07.2020 [01:33]
“İyul ayının 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribatların qarşısının Azərbaycan Ordusu tərəfindən uğurla alınması bir daha dövlətimizin hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. İyulun 15-də keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edən Prezident İlham Əliyevin də bildirdiyi kimi, Ermənistan ordusu layiqli cavabını aldı. Baş verənlər bir daha ölkəmizin qüdrətini, iqtisadi, siyasi və hərbi gücünü düşmən Ermənistana nümayiş etdirmiş oldu”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycanın artan beynəlxalq nüfuzundan, dünya ictimaiyyətinin ölkəmizə verdiyi dəyərdən narahat olan Ermənistan belə bir hərbi təxribata əl atıb. YAP Sumqayıt şəhər təşkilatının sədri qeyd edib ki, Azərbaycan son illərdə bir sıra beynəlxalq iqtisadi layihələrin təşəbbüsçüsü qismində çıxış etməklə dünya siyasətində mühüm yer tutduğunu təsdiqləyib. R.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı qlobal mübarizə çağırışlarının dünya ictimaiyyəti tərəfindən fəal şəkildə dəstəklənməsi də Ermənistanı narahat edən amillər sırasındadır. Məhz bu səbəbdən də başqa çıxış yolu tapmayan və iqtisadi-siyasi böhranlar arasında çabalayan Ermənistan rəhbərliyi belə təxribatlara əl atmaqla öz ölkəsində gündəmi dəyişmək niyyətinə düşüb. “Bu gün xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək düşmənə qarşı inamlı və qətiyyətli mübarizə aparmaq üçün səfərbərdir. Ölkəmizin bütün regionlarında bu dəstək açıq şəkildə nümayiş etdirilməkdədir. İyulun 14-də Bakıda ordumuza və Ali Baş Komandanımıza dəstək məqsədilə keçirilən yürüş bir daha milli birliyimizin, həmrəyliyimizin əyani sübutu idi. Yürüşün sonunda bəzi təxribatçı qrupların bu gözəl təşəbbüsə kölgə salmaq cəhdləri isə yolverilməzdir və bu addımı atan şəxslər birmənalı olaraq ən ağır formada cəzalandırılmalıdır. Unutmaq olmaz ki, Azərbaycan güclü dövlətdir və hansısa təxribatla dövlətimizin mövqelərinə zərbə vurmaq mümkün deyil”, - deyə Ramiz Hüseynov söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

