Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Yevlax rayon təşkilatı uğurla fəaliyyət göstərir

YAP Yevlax rayon təşkilatı uğurla fəaliyyət göstərir

13.08.2020 [08:28]

Hazırda rayon təşkilatının 84 ərazi ilk partiya təşkilatında 9236 nəfər YAP üzvü birləşib
Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiyamız bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 760 mindən çox üzv birləşib.
Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü təmin edən mühüm amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Onu da qeyd edək ki, partiyanın şəhər və rayon təşkilatları ötən illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edərək, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Yevlax rayon təşkilatı da belə təşkilatlardandır.
YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədovun sözlərinə görə, ölkəmizdə ictimai-siyasi proseslərin önündə gedən YAP monolit bir siyasi struktur olduğunu öz fəaliyyəti ilə isbat edib. Bunun nəticəsidir ki, bu gün 760 mindən çox insan partiyamızın sıralarında - eyni siyasi ideya ətrafında birləşib. Bu böyük birliyin bir parçası olan YAP Yevlax rayon təşkilatı da 27 ildir ki, uğurla fəaliyyət göstərir. Millət vəkili bildirib ki, 1993-ci il 17 iyul tarixində təsis konfransı keçirilən, ilk yarandığı vaxtda sıralarında 483 nəfəri birləşdirən YAP Yevlax rayon təşkilatı bu gün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışır: “Hazırda rayon təşkilatının 84 ərazi ilk partiya təşkilatında 9236 nəfər YAP üzvü birləşib. Rayon təşkilatının rəhbər orqanları 17 nəfər İdarə Heyəti, 47 nəfər isə Şura üzvündən ibarətdir”.
Qeyd olunub ki, öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quran Yevlax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarının qərarlarını, tövsiyə və tapşırıqlarını vaxtında yerinə yetirmək, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak etmək üçün bütün qüvvəsi ilə çalışır, bunun üçün imkanları maksimum səfərbər edir.
Yeni növ koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən də danışan millət vəkili bu prosesdə partiyamızın, o cümlədən Yevlax rayon təşkilatının xüsusi fəallıq göstərdiyini deyib: “Məlum olduğu kimi, dünyanı cənginə alan koronovirus pandemiyası ölkəmizdən də yan keçmədi. Virusun ölkəmizdə qeydə alındığı ilk tarixdən etibarən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə çevik, adekvat qabaqlayıcı tədbirlər görüldü. İnfeksiyanın geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdə YAP da yaxından iştirak etdi və mübarizə tədbirlərinə öz töhfəsini verməyə çalışdı. Eyni zamanda, YAP Yevlax rayon təşkilatı olaraq biz də YAP Mərkəzi Aparatı tərəfində başladılan “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya qoşulduq. Məlumat üçün bildirim ki, sözügedən aksiya çərçivəsində Yevlax rayonu ərazisində 110 ailəyə gigiyenik vasitələr paylanıb, həmçinin “Biz birlikdə güclüyük” adlı aksiya çərçivəsində rayon təşkilatının vəsaiti hesabına 100 aztəminatlı ailəyə ərzaq yardımı edilib. Bundan başqa, YAP Yevlax rayon təşkilatının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 248 ailəyə ərzaq yardımı çatdırıb, 65 yaşdan yuxarı olan vətəndaşların müraciəti əsasında onların günlük ehtiyacları olan ərzaqların alınması kimi məsələlərdə aktiv iştirak ediblər”.
İlham Məmmədov onu da qeyd edib ki, işğalçı Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata Azərbaycan Ordusunun layiqli cavab verməsi bütün ölkə gənclərinin, o cümlədən partiyamızın gənc üzvlərinin hərbi vətənpərvərlik hisslərini daha da gücləndirib: “Bunun nümunəsi olaraq deyim ki, YAP Yevlax rayon təşkilatının gənc üzvləri könüllü surətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsində qeydiyyatdan keçərək Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə getməyə hazır olduqlarını bildirirlər”.
“YAP Yevlax rayon təşkilatının fəaliyyətində qadınların da böyük rolu var”. Bunu isə YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova deyib. Hazırda YAP Yevlax rayon təşkilatında qadın üzvlərin sayının 4775 nəfər olduğunu söyləyən Əminə Əhmədova qadınların partiyanın və rayonun ictimai-siyasi həyatındakı bütün proseslərdə ön sıralarda getdiyini bildirib: “Hər zaman dövlətə sədaqəti ilə seçilən rayon qadınları, o cümlədən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının üzvləri bütün proseslərin önündə gedir, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər”.
Əminə Əhmədova əlavə edib ki, ümumiyyətlə, yarandığı dövrdən bu günə kimi Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib: “Eyni zamanda, partiyamız, həmçinin YAP Yevlax rayon təşkilatı və rayon təşkilatının Qadınlar Şurası dünyanı cənginə alan koronavirus pandemiyası zamanı üzləşdiyimiz sınaqlardan üzüağ çıxdı. Pandemiya dövründə bir qadın, bir ana kimi həmrəylik göstərdik. Yevlaxda sosial vəziyyəti ağır olan qadınların yanında olduq, həmçinin maarifləndirici söhbətlər apardıq”.
Əminə Əhmədova vurğulayıb ki, pandemiya həm də başqa bir məqamı ortaya çıxardı: “Yevlaxlı qadınlarımız bir daha əmin oldular ki, heç vaxt tək olmayıblar və olmayacaqlar. Qadınlarımız həmçinin əmin oldular ki, hər hansı bir çətinliyə düşəndə, “nə edim, necə edim” deyə fikirləşəndə onların əl uzadanları, kömək edənləri var. Növbəti dəfə təsdiq olundu ki, çətin zamanlarda rayon qadınlarının yanında olan başqa təşkilatlarla, ictimai birliklərlə yanaşı, YAP Yevlax rayon təşkilatının Qadınlar Şurası da var”.
Onun sözlərinə görə, rayon təşkilatının tərkibində olduqca fəal işgüzar qadınlar var. “Qadınların arasında gənc qızlar da çoxluq təşkil edirlər ki, pandemiya dövründə onlar üçün yaxşılıq etməyə, xeyirxah bir iş görməyə daha bir fürsət yarandı. Onlar pandemiya dövründə ölkəmizin rəhbərliyinin gördüyü qabaqlayıcı tədbirlərə öz töhfələrini vermək məqsədi ilə tibbi maskalar tikir, onu əvəzssiz olaraq könüllülərimizlə birlikdə əhaliyə paylayır, insanlarla COVİD-19 haqqında marifləndirici söhbətlər edir, virusdan qorunmağın qaydalarını izah edirdilər. Hər görüşdə biz bu sözləri təkrar edirdik: “Birliyimizi, birlikdəliyimizi qoruyaq. Sağlam qalaq, sağ qalaq”. Çünki, cənab Prezidentin təbirincə desək, dövlətin ən böyük sərvəti onun vətəndaşlarıdır”, - deyə Əminə Əhmədova əlavə edib.
Ə.Əhmədova bildirib ki, ölkəmizin bütün qadınları kimi YAP Yevlax rayon təşkilatının sıralarında birləşən qadınlar da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən güc alırlar: “Hörmətli Mehriban xanımın xeyirxah əməlləri, genişmiqyaslı fəaliyyəti hər birimizə nümunədir. Onun fəaliyyəti ölkəmizin uğurlarının beynəlxalq aləmdə təbliğ olunması prosesində mühüm əhəmiyyətə malikdir”.
Bu gün partiyamızın, o cümlədən şəhər və rayon təşkilatlarının fəaliyyətindən danışanda diqqət mərkəzinə həm də gənclər gəlir. Bu da səbəbsiz deyil. Çünki Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin uğurla reallaşdırılmasında Yeni Azərbaycan Partiyasi da özünəməxsus rol oynayır. YAP sıralarında olan gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün partiyamız tərəfindən hər cür şərait yaradılıb. Öz növbəsində bu diqqət və qayğıdan güc alan YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin üzvləri də istər rayon təşkilatının fəaliyyətində, istərsə də ümumilkdə rayondakı ictimi-siyasi proseslərdə aktiv iştirak edirlər.
YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı hazırda rayon təşkilatında birləşən gənclərin sayının 1464 nəfər olduğnu bildirib: “YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin 13 nəfərdən ibarət İdarə Heyəti, 27 nəfərdən ibarət Şurası gənclərin fəaliyyətini tənzimləyir. YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin üzvləri istər seçki prosesi, istərsə də digər məsələlərdə fəallıq göstərir, öz üzərlərinə düşən işlərin öhdəsindən layiqincə gəlməyi bacarırlar. Həyatımızın elə bir sahəsi yoxdur ki, orda gənclərin fəaliyyətini, gənclərin rolunu görmək mümkün olmasın”.
M.Süleymanlının sözlərinə görə, dünyanı cənginə almış koronvirus pondemiyasının yayıldığı ilk vaxtlardan YAP Yevlax rayon təşkilatının gənc üzvləri dövlətin apardığı qabaqlayıcı tədbirlərə öz töhvələrini vermək məqsədi ilə rayon ərazisində maarifləndirmə işlərinə qoşulub, bu məqsədlə bukletlər və maarifləndirici məlumatlar hazırlayaraq paylayıb, 65 yaşdan yuxarı qayğıya ehtiyacı olan vətəndaşların çağırışları üzrə onların istəklərini yerinə yetirib, ehtiyaclarının ödənilməsində maksimum köməklik ediblər: “Gənclər həmçinin rayon ərazisində yaşayan sosial qayğıya ehtiyacı olan ,maddi imkanları aşağı olan insanlara dövlət tərəfindən edilmiş yardımların onlara vaxtında çatdırlması işində də yaxından iştirak edirlər. Eyni zamanda rayon təşkilatının gənc üzvləri pandemiya səbəbindən Yevlaxda tətbiq edilmiş sərt karantin qaydalarına əhalinin əməl etməsi məqsədi ilə rayonda yaradılmış mobil qurupların tərkibində fəaliyyət göstərib, vətəndaşların karantin qaydalarına əməl etməyə, tibbi maskalardan istifadə etməyə, sosial məsafənin saxlanılmasına çağırışlar ediblər”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30