/ / YAP Azərbaycanın haqq mübarizəsi və Ermənistanın müharibə cinayətləri ilə bağlı həqiqətləri ardıcıl olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır
YAP Azərbaycanın haqq mübarizəsi və Ermənistanın müharibə cinayətləri ilə bağlı həqiqətləri ardıcıl olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır
27.10.2020 [09:28]
Öz ərazi bütövlüyünü təmin etmək uğrunda əks-hücum əməliyyatları həyata keçirən Azərbaycan uğurlu hərbi əməliyyatlar aparmaqla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də mühüm nailiyyətlər qazanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev informasiya cəbhəsində də ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edir. Dövlətimizin başçısı həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə, həm nüfuzlu transmilli media orqanlarına müsahibəsi, həm də xalqa müraciətləri zamanı erməni yalanlarını ifşa edir, reallıqları dünya ictimaiyyətinin diqqətinə dolğun surətdə çatdırır.
YAP-ın əməkdaşlıq etdiyi siyasi partiya birliklərinə və siyasi partiyalara müraciətləri beynəlxalq səviyyədə Azərbaycana qətiyyətli dəstəyin artmasına mühüm töhfə verir
Bununla yanaşı, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi hərbi təxribat nəticəsində başlayan döyüşlər və Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda mübarizəsi ilə əlaqədar əməkdaşlıq etdiyi siyasi partiya birliklərinə və siyasi partiyalara ardıcıl olaraq müraciətlər ünvanlayır. Müraciətlərdə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün əks-hücum əməliyyatı həyata keçirməsindən, Ermənistanın işğalçı siyasətindən, terrorçu və təxribatçı hərəkətlərindən, həmçinin mülki əhalini və obyektləri hədəfə almaqla müharibə cinayətləri törətməsindən bəhs olunur.
Vicay Colli: Hindistan Azərbaycanla həmrəydir
Bütün bunlar, heç şübhəsiz, beynəlxalq ictimaiyyətin məsələyə obyektiv və ədalətli yanaşmasına, həmçinin Azərbaycana olan qətiyyətli dəstəyin artmasına mühüm töhfə verir. Yeri gəlmişkən, Hindistanın hakim Bharatiya Canata Partiyasının rəhbər üzvü, İCAPP Daimi Komitəsinin üzvü doktor Vicay Collinin Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədova işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycanın apardığı mübarizə ilə həmrəy olduğu barədə məktub göndərməsi də bu kontekstdə mühüm əhəmiyyətə malikdir. “Sizin İCAPP Daimi Komitəsinin üzvü kimi mənə yolladığınız və Ermənistanın siyasi və hərbi rəhbərliyinin dinc vətəndaşlarınıza qarşı insanlıq əleyhinə cinayətləri barədə məlumatlandıran məktubunuzu almışıq”, - deyə vurğulandığı məktubda Doktor Vicay Colli diqqətə çatdırır ki, məktəblilər də daxil olmaqla 60 mülki şəxsin ölümünə, 250-dən artıq insanın yaralanmasına, 2000-dən artıq evin dağıdılmasına səbəb olan cinayətkar hücumlar qəzəb doğurur və qeyri-insanidir.
Bu cür qəddar əməllərin insanlığa qarşı cinayət olduğunun və beynəlxalq hüququn bütün norma və prinsiplərinin, 1949-cu il Cenevrə Konvensiyalarını və Əlavə Protokollarının, həmçinin 10 oktyabr 2020-ci ildə qüvvəyə minən humanitar atəşkəsin prinsiplərinin pozulduğunun qeyd olunduğu məktubda deyilir: “Biz Ermənistan hərbçiləri tərəfindən mülki əhaliyə qarşı bu cür terrorçu hücumları pisləyirik. Yeni Azərbaycan Partiyası ilə həmrəyliyimizi ifadə edirik”.
Qeyd edək ki, doktor Vicay Colli Hindistanın hakim Bharatiya Canata Partiyasının Tripura ştatı departamentinin rəhbəri, sonra isə xarici əlaqələr üzrə məsul şəxsi olub. O, hazırda partiyada rəhbər şəxs, eyni zamanda, partiyanın təmsilçisi kimi İCAPP Daimi Komitəsinin üzvüdür.
Beləliklə, diplomatiya və informasiya müstəvisində aparılan məqsədyönlü işlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanın haqq işinə beynəlxalq səviyyədə birmənalı dəstək ifadə olunur, Ermənistanın təcavüzkar siyasəti və müharibə cinayətləri isə kəskin şəkildə pislənilir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

