YAP-ın yaranmasının 28-ci ildönümü münasibətilə Yevlaxda onlayn formatda tədbir keçirilib
20.11.2020 [16:32]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 28-ci ildönümü münasibətilə Yevlax şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirin iştirakçıları öncə partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Onlayn formatda keçirilən tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev konfrans iştirakçıları adından torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüz uğrunda rəşadətlə döyüşüb şəhid olan oğullarımızın ailələrinə dərin hüznlə başsağlığı verib, yaralı döyüşçülərimizə tezliklə sağalmalarını arzulayıb. Rafiq Əliyev, həmçinin işğalçı Ermənistan üzərində şanlı qələbə münasibəti ilə başda Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla, Milli Ordumuzun bütün şəxsi heyətini və xalqımızı təbrik edib.
Konfransda çıxış edən YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu və bu gün Sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyev olan Yeni Azərbaycan Partiyasının 28 illik şərəfli tarixindən ətraflı söhbət açıb. Çıxışına davam edən İlham Məmmədov işğalçı Ermənistan üzərində qələbəmizin məhz cənab Ali Baş Komandanın qətiyyəti və ordumuzun rəşadəti sayəsində mümkün olduğunu deyib.
Tədbirdə daha sonra Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı, Yevlax şəhər Təhsil Şöbəsinin müdiri Namidə Abbasova, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, YAP fəalı Fərid Vaqifli çıxış edərək partiyamızın fəaliyyətindən, həmçinin cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı qələbələrindən danışaraq, müzəffər əsgərlərimizin xalqımıza 30 ildən sonra qələbə sevinci yaşatmalarının tarixi bir hadisə olduğunu qeyd ediblər.
Tədbir qarşılıqlı müzakirələr formasında davam edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

