Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
19.01.2021 [09:34]
Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. YAP İcra Katibliyində təşkil olunan qanvermə aksiyasında təxminən 300 nəfər iştirak edib.
YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev bildirib ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ölkə əhalisinə müraciət edərək, respublikada qan ehtiyatlarının kifayət qədər azalması ilə bağlı məlumat yayıb. Verilən xəbərə görə, xüsusilə “mənfi” rezuslu qan ehtiyatı ilə bağlı vəziyyət qənaətbəxş deyil. Pandemiya şəraitində koronavirus xəstəliyindən əziyyət çəkən bir çox insanlarda da qana tələbatın yaranması ehtiyat fondunun azalmasında mühüm rol oynayıb. Məhz bu səbəbdən Mərkəzi Qan Bankı ölkə vətəndaşlarına müraciətində qan ehtiyatlarının artırılmasına dəstək verilməsini xahiş edib.
Hüseyn Paşayev deyib ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Qan Bankının müraciətinə dərhal reaksiya verərək bugünkü qanvermə aksiyasının keçirilməsi haqqında qərar qəbul edib. O qeyd edib ki, partiyanın fəalları, sıravi üzvləri, könüllüləri, o cümlədən Milli Məclisdə təmsil olunan deputatları bu təşəbbüsə dəstək verərək aksiyada iştirak ediblər.
“Vətən müharibəsinin Qələbə ilə başa çatmasında canlarını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Torpaq uğrunda, Vətən uğrunda qanlarını axıtmış vətəndaşlarımızın müalicəsinə dəstək verilməsi də hər şeydən öncə hər birimizin vətəndaşlıq borcudur”, - deyə YAP mətbuat xidmətinin rəhbəri söyləyib.
Hüseyn Paşayev onu da bildirib ki, Yeni Azərbaycan Partiyası əvvəllər də qanvermə aksiyaları təşkil edib. Bir müddət əvvəl YAP Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyası təşkil etmişdi. Hazırkı qanvermə aksiyası da bu humanist missiyanın davamı kimi qiymətləndirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

