/ / Təmraz Tağıyev: “Dostluq” yatağı ilə bağlı razılaşma, ilk növbədə, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir
Təmraz Tağıyev: “Dostluq” yatağı ilə bağlı razılaşma, ilk növbədə, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir
27.01.2021 [09:12]
“Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması qlobal kontekstdə çox mühüm əhəmiyyət kəsb edir”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib.
Təmraz Tağıyev bildirib ki, hələ bir neçə il öncə Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verdikdən sonra Türkmənistan tranzit ölkəyə çevrilib və bu, ona böyük fayda verir. Gələcəkdə isə “Mehri dəhlizi” vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru yolunun işə düşməsi ilə şübhəsiz ki, ölkəmizdən Naxçıvana, oradan isə Türkiyəyə çıxış, əks-istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiyadan keçməklə Çin Xalq Respublikasınadək nəhəng türk zolağı uzanacaq. Strateji əhəmiyyətə malik olan bu layihənin reallaşdırılması region ölkələri kimi Azərbaycan və Türkiyə ilə yanaşı, Türkmənistana da müəyyən şanslar və üstünlüklər verəcək. Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.
Rayon təşkilatının sədrinin sözlərinə görə, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı, təqribən 35 milyard dollar dəyərində qiymətləndirilən yatağın “Dostluq” yatağı adlandırılaraq onun karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması, hər şeydən əvvəl, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Ona görə də “Dostluq” yatağı haqqında sənəd, Azərbaycan Prezidentinin sözləri ilə desək, tarixi sənəddir. Çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqına fayda gətirəcək.
“Memorandumun reallaşdırılmasının digər faydası Xəzərin iki enerji dövlətinin bu regionda geniş qarşılıqlı faydalı əməkdaşlığının yaxşı nümunə ola bilməsidir. Bu isə Azərbaycan və Türkmənistanla yanaşı, regionun digər ölkələrinin də enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Həmçinin Memorandumun həyata keçirilməsi beynəlxalq tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaradılmasına xidmət edəcək. Bu layihənin reallaşdırılmasına iri xarici investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaranacaq. Yatağın istismarı, eyni zamanda, enerji ehtiyatlarının Azərbaycan ərazisi vasitəsilə bazarlara çıxarılması və tranzit daşımaları sahələrində də iki ölkənin əməkdaşlığını yeni mərhələyə daşıyacaq”, - T.Tağıyev qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

