Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər

21.04.2021 [09:01]

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının nümayəndələri Şəmkir rayonunun Təzəkənd və Qədimqala kəndlərində Vətən müharibəsi şəhidləri İsrafilzadə Elçin Bəxtiyar oğlu, Həsənov Bəşir Xəqani oğlu, Hüseynov Anar Saday oğlu, Məmmədov Rüstəm Müsəllim oğlunun ailələrini ziyarət edib və onların qayğıları ilə maraqlanıblar.
Ziyarət zamanı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev vurğulayıb ki, Vətən müharibəsində öz həyatlarını torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçısının şəhid ailələrinə göstərdiyi böyük diqqətin nümunə təşkil etdiyini bildirən təşkilat sədri deyib ki, YAP-ın Şəmkir rayon təşkilatı şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əlindən gələni əsirgəməyəcək.
Daha sonra bir neçə qazi ziyarət olunub.
Şəhidlərin və qazilərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31