Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Fəxri Qəribzadənin ailəsini ziyarət ediblər

YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Fəxri Qəribzadənin ailəsini ziyarət ediblər

07.05.2021 [08:43]

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın bir qrup fəal üzvü rayonun Güloğlular kəndindən olan şəhid çavuş Qəribzadə Fəxri Elmir oğlunun ailəsini ziyarət ediblər. Rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik Qarabağ həsrətinə son qoyuldu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Şəhidin anası Mehparə Qəribova dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə çavuş Qəribzadə Fəxri Elmir oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Paylaş:
Baxılıb: 683 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31