Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının XII hesabat konfransı keçirilib
25.06.2021 [09:37]
İyunun 24-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının videoformatda XII hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov hesabat məruzəsi ilə çıxış edib. A.Hüseynov bildirib ki, YAP Qaradağ rayon təşkilatı öz fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun qurub. Rayon təşkilatı özünün XI konfransında qəbul etdiyi qərarların həyata keçirilməsi istiqamətində ardıcıl işlər görüb, təşkilati, ideoloji və siyasi yönümdə fəaliyyətini genişləndirib, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Hesabat dövründə rayon təşkilatı sıralarını möhkəmləndirib, bir sıra yeni ərazi ilk partiya təşkilatları yaradılıb, ideoloji işin gücləndirilməsi istiqamətində zəruri addımlar atılıb.
Məruzədə qeyd olunub ki, təşkilatın sıralarına 1117 nəfər yeni üzv qəbul olunub və hazırda 114 ərazi ilk partiya təşkilatında 12 min 256 partiya üzvü birləşib.
Daha sonra YAP Qaradağ rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Elçin Abbasovun hesabatı dinlənilib.
Müzakirələr zamanı çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, YAP Qaradağ rayon təşkilatının sədr müavini Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının fəal üzvü Seyidməmməd Məmmədzadə, SOCAR Qobustan regional təlim mərkəzinin direktoru, ərazi ilk partiya təşkilatının sədri Nəzakət Məmmədova, 288 nömrəli tam orta məktəbin direktoru, ərazi ilk partiya təşkilatının sədri Taleh Quliyev, SOCAR “Metanol” zavodunun direktorunun müşaviri, ərazi ilk partiya təşkilatının sədri Elnur Bağırov və Ə.Əmirov adına NQÇİ-nin baş metroloqu, ərazi ilk partiya təşkilatının sədri İlqar Yusifov çıxış edərək YAP Qaradağ rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, öz fəaliyyətində ölkənin problemlərinin həllini, sosial-iqtisadi inkişafını, müstəqilliyimizin daimiliyini, dövlətçiliyimizin möhkəmləndirilməsini əsas götürən Yeni Azərbaycan Partiyası respublikamızın siyasi sistemində aparıcı qüvvəyə çevrilərək 29 il ərzində öz proqram məqsədlərinə uyğun fəaliyyət göstərib. YAP Qaradağ rayon təşkilatının fəaliyyətini müsbət dəyərləndirən Əhliman Tağıyev partiyanın yerli təşkilatlarının qarşısında dayanan vəzifələr haqqında da fikirlərini bildirib.
Qeyd edək ki, konfransda YAP Qaradağ rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

