YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib
05.08.2021 [09:08]
Avqustun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, YAP Naftalan şəhər təşkilatının hesabat dövründəki fəaliyyətinin əsas istiqamətlərindən biri ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarətdir: “Bu mənada, şəhər təşkilatı tərəfindən keçirilən bir çox tədbirlər məhz bu məqsədə həsr olunmuş, dövlət başçısının imzaladığı Fərman və sərəncamların, keçirdiyi görüşlərin, qəbulların, səfərlərin mahiyyətinin ictimaiyyətə, partiya üzvlərinə çatdırılması işi uğurla həyata keçirilmişdir. Təşkilatımızın IX konfransından keçən dövr ərzində Naftalan şəhərində ictimai-siyasi vəziyyət, quruculuq işləri, möhtərəm Prezidentimiz İlham Əliyevin regionların hərtərəfli inkşafına yönəlmiş iqtisadi strategiyasının şəhərdə uğurla yerinə yetrilməsi bunun əyani sübutudur”.
Hatəm Qocayev qeyd edib ki, hesabat dövründə şəhər təşkilatı sosial bazasını xeyli möhkəmləndirib və partiya sıralarının daha da artırılması istiqamətində kifayət qədər işlər görülüb. Partiya sıralarına 202 nəfər yeni üzv qəbul olunub və hal-hazırda 36 ərazi ilk partiya təşkilatında 1291 nəfər partiya üzvü fəaliyyət göstərir.
Sonra YAP Naftalan şəhər təşkilatı Nəzarət-Təftiş Komissiyasının sədri Anar Əsədzadənin hesabatı dinlənilib.
Müzakirələr zamanı Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novuzov, YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədr əvəzi İsa İsayev, Naftalan şəhər Təhsil şöbəsinin müdiri, ərazi partiya təşkilatının sədri Rəna Dəmirova, Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Faiq Rüstəmov, Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəis müavini, ərazi partiya təşkilatının sədr müavini Elman Şərəfxanov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bugünün və gələcəyin partiyasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz proqramında nəzərdə tutulan vəzifələri yerinə yetirib. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirir.
X hesabat konfransının keçirilməsi münasibətilə YAP Naftalan şəhər təşkilatının üzvlərini təbrik edən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Naftalan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50

