/ / YAP-ın Xəzər, Suraxanı və Sabunçu rayon təşkilatlarının yeni sədrləri partiya aktivinə təqdim olunub
YAP-ın Xəzər, Suraxanı və Sabunçu rayon təşkilatlarının yeni sədrləri partiya aktivinə təqdim olunub
22.09.2021 [18:08]
Sentyabrın 22-də Yeni Azərbaycan Partiyasının Xəzər, Suraxanı və Sabunçu rayon təşkilatlarının yeni sədrləri Namiq Əhmədov, Vüqar Seyidov və Misirxan Vəliyev ərazi partiya təşkilatlarının sədrlərinin də iştirakı ilə keçirilən yığıncaqlarda yerli təşkilatların partiya aktivinə təqdim olunub.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının inzibati binasında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Tədbirlərdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından bəhs edib, partiyamızın fəallarının ölkəmizin nailiyyətlərinin təbliği işində aktiv şəkildə iştirak etdiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, YAP-ın VII Qurultayında vacib qərarların qəbul edilməsi, yeni nizamnamənin qəbulu təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşıyır.
Eyni zamanda, Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğu bildirilib və qeyd edilib ki, qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi, möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlar YAP üzvləri qarşısında yeni vəzifələr müəyyələşdirir. Bu baxımdan, YAP üzvləri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidirlər. Bu prosesdə partiyamızın yerli təşkilatları da fəal iştirak etməlidir.
Tədbirlərdə çıxış edən Namiq Əhmədov, Vüqar Seyidov və Misirxan Vəliyev göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürlərini bildiriblər. Təşkilat sədrləri qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir. Partiya rəhbərliyinin qarşıya qoyduğu tapşırıqların və tövsiyələrin yerinə yetirilməsi rayon təşkilatlarının bundan sonra da başlıca vəzifəsi olacaq.
Tədbirlərdə həmçinin, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayon təşkilatlarının yeni sədrlərini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirlərdə yerli təşkilatların gələcək fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələrə dair müvafiq tövsiyələr verilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

