Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qazaxda “Ulu Öndərin ilahi arzuları reallığa çevrilir!” mövzusunda konfrans keçirilib

Qazaxda “Ulu Öndərin ilahi arzuları reallığa çevrilir!” mövzusunda konfrans keçirilib

07.05.2022 [11:17]

Mayın 6-da Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ulu Öndərin ilahi arzuları reallığa çevrilir!” mövzusunda konfrans keçirilib.

YAP Qazax rayon təşkilatının inzibati binasında keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilat sədrləri, icra aparatının məsul şəxsləri, partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin təşkilatın inzibati binasında olan büstü önünə tər qərənfildəstələri düzüb, dahi şəxsiyyətin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

​Konfransı giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açıb və konfransın məqsəd və məramı barədə məlumat verib.  

Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov geniş çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 60 il ərzində Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində titanik fəaliyyətindən  və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. 

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev “Ulu Öndərin ilahi arzuları reallığa çevrilir!” mövzusunda geniş və ətraflı məruzə ilə çıxış edib. Qeyd edib ki, bu gün Müstəqil Azərbaycan deyəndə, Heydər Əliyev, Heydər Əliyev deyəndə Müstəqil Azərbaycan başa düşülür. Bu Ulu Öndərimizin dəsti – xətti, onun əməlləri, onun izi bizim hər addımımızda, hər anımızdadır. Elə bilirəm ki, bizlərə nəsib olan xoşbəxtliklərdən biri də odur ki, bizlər Ulu Öndərimizlə bir dövrədə yaşadıq, onun rəhbərliyi altında işlədik, çalışdıq, onun yaratdığı Yeni Azərbaycan Partiyasının üzvü olduq. Bu gün Ulu Öndərin ruhu şaddır, çünki onun siyasi irsi Möhtərəm Prezidentimiz, Partiyamızın sədri cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilir. Həyatın bütün sahələrində köklü islahatlar aparılır, yeni – yeni  nailiyyətlər qazanılır. Bəli, bizim xalqımız çox müdrik, həm də xoşbəxt xalqdır. Çünki xalqımızın Heydər Əliyev kimi Ümummilli Lideri, onun İlham Əliyev kimi layiqli davamçısı var. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan, bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Partiya sədrimiz tərəfindən əzmlə, böyük səylə həyata keçirilən siyasi – kurs, dəsti – xətt hamımızın gözü qarşısındadır. Biz bunun 44 günlük Şanlı Vətən Müharibəsində də canlı şahidi olduq. Möhtərəm Prezidentimizin rəhbərliyi altında elə bir Möhtəşəm Qələbəyə, elə bir Zəfərə imza atıldı ki, bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. 

​Konfransda YAP Qazax rayon təşkilatı 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Səadət İsgəndərova, 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Gülnar Əmrahova, Qazax Dövlət Sosial İqtisadi Kolleci ərazi partiya təşkilatının sədri Vüqar Əyyubov, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, 3 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Ruslan Rzayev çıxış ediblər. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıblar. 

Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Gülçin Hüseynova, Felyura Kosazadə, Təhminə İsmayılova, İsrayıl Qocayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ədəbi – bədii kompozisiya təqdim ediblər.  

Sonda Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar təqdim olunub. 

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Prezident bu gün

Prezident bu gün

24 May 10:33

Analitik

MEDİA

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31