/ / Nərimanov rayonunda “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirilib
Nərimanov rayonunda “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirilib
11.05.2022 [10:50]
10 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatında Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Müasir Azərbaycan dövlətinin və dövlətçiliyinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə məktəblilər arasında təşkil olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Bakı Biznes və Kooperasiya Kollecin şöbə müdiri Tamerlan Əkbərov, PM Akademiyasının ümumi sektorun rəhbəri Ümidə Səfərova, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri, fəal gənclər və orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.
Mükafatlandırma mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Samir Vəliyev və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarını salamladılar, qalib gəlmiş şagirdləri təbrik etdilər və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açaraq, Ulu Öndərin Azərbaycan xalqına qoyub getdiyi ən böyük mirasın məhz onun özünün müəllifi olaraq yaratdığı şah əsəri - müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu bəyan etdilər.
Sonra çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Bakı Biznes və Kooperasiya Kollecin şöbə müdiri Tamerlan Əkbərov, PM Akademiyasının ümumi sektorun rəhbəri Ümidə Səfərova, Bakı Slavyan Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci Murad Hüseynli Ulu Öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyi yolunda müdrik və qətiyyətli addımlar atmasından, Vətəninə və millətinə sonsuz xidmətləri ilə doğma xalqının qəlbini fəth etməsindən bəhs edərək, Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və siyasi irsinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirmişlər.
Tədbirdə Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən irimiqyaslı işlər və əldə olunan möhtəşəm nailiyyətlər xüsusi vurğulanmış, dahi öndərin irsinin ürəklərə yol tapmasında Heydər Əliyev Fondunun çoxşaxəli nəcib və xeyirxah fəaliyyəti qeyd edilmişdir.
Sonda inşa müsabiqəsində fərqlənmiş və qalib gəlmiş şagirdlər təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, medal və hədiyyələr ilə təltif olunublar.
Xəbər lenti
Hamısına baxElm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54

