Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Cənub Qaz Dəhlizi” layihəsi regionun enerji xəritəsini dəyişmək gücündədir

“Cənub Qaz Dəhlizi” layihəsi regionun enerji xəritəsini dəyişmək gücündədir

07.06.2022 [14:50]

Əsrin müqaviləsinin imzalanmasından ötən 28 il ərzində Azərbaycan enerji layihələrini böyük uğurla həyata keçirməkdə davam edib. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan dövləti “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına və “köhnə qitə”nin enerji təhlükəsizliyinə öz töhfəsini verib. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişmək gücündədir.

Hazırda Rusiya və Ukrayna arasında baş verən müharibə bunu bariz şəkildə nümayiş etdirir. Əslində bu layihə Avropaya qazın nəqlinə alternativ deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədi ilə reallaşdırılıb. Amma “Cənub Qaz Dəhlizi” layihəsinə qədər ölkəmiz tərəfindən reallaşdırılan enerji layihələrinin hər biri həm Azərbaycan, həm region, həm Avropa, həm də dünyanın enerji təhlükəsizliyində özünəməxsus yerə malikdir. Şimal istiqamətində çəkilən, neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılmış Bakı-Novorossiysk neft kəmərinin uzunluğu 1330 kilometrdir. Boru kəmərinin diametri 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir. Bakı-Supsa və ya Qərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Avropa bazarlarına yola salınır. Uzunluğu 833 kilometr olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilmişdir. Supsada ilk neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənmişdir. QİBK Supsada 4 rezervuara malikdir. Rezervuarların ümumi həcmi 1 milyon bareldir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 000 bareldən 1 milyon barelə qədərdir. Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri Azərbaycan neftinin Xəzər dənizindən Turkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqlini həyata keçirir. BTC 2003-cü ilin II rübündən 2005-ci ilin aprel ayına qədər inşa edilmişdir. Kəmərin uzunluğu 1768 kilometrdir. Boru kəmərinin ötürmə qabiliyyəti gündə 1 milyon bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınmışdır. Ceyhanda 7 rezervuar var. Gəmi yükləmə qabiliyyəti 600 000 bareldən 2 milyon barelə qədərdir. Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulmuşdur. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində deyib: “Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb”. Yuxarıda sadaladığımız faktlar bu fikrin əyani təzahürüdür, desək yanılmarıq. Əslində 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Heydər Əliyevin yeni enerji kursu bütünlükdə dövlət müstəqilliyinin möhkəmlənməsinə hesablanıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə həmin kursu uğurla davam etdirir. Yəni əgər söhbət bir tərəfdən Azərbaycanın Avropanın təhlükəsizliyində oynadığı xüsusi roldan gedirsə, başqa bir tərəfdən mütləq öz təhlükəsizliyini, öz müstəqilliyini qorumaqdan gedir. Dövlət hər şeyi edir ki, onu asılı edən səbəblər tamamilə sıradan çıxarılsın.

İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 197 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31