Beynəlxalq hüquq Azərbaycanın yanındadır
01.07.2022 [11:35]
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdışa xidmət edən addımlarla yanaşı, Ermənistana və havadarlarına biri-birindən mühüm mesajları ilə yadda qalır. Prezident İlham Əliyevin 26 İyun- Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışı bir daha Zəfərimizə gedən yola, postmünaqişə dövrünün reallıqları fonunda qalib Azərbaycanın artan nüfuzuna və siyasi çəkisinə işıq saldı.
Reallıq budur ki, Azərbaycan dövləti işğal dövründə ən yüksək tribunalardan sülh danışıqları səmərə vermədiyi təqdirdə müharibə yolunun istisna edilməyəcəyini bəyan edirdi. Təbii ki, bu əminlik Azərbaycan Ordusunun gücünə, qüdrətinə söykənirdi. Azərbaycan bu illər ərzində hər sahədə gücləndi. Dövlət başçısı İlham Əliyevin qeyd olunan nitqində bildirdiyi kimi, bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir.
Rəşadətli ordumuz torpaqlarımızı mənfur düşməndən təmizlədi, Ermənistanın illərdir formalaşdırdığı “məğlubedilməz ordu” mifini darmadağın etdi. İşğalçı dövlət bu ərazilərimizdə istehkamlar qurmaqla, ən müasir silahlarla təchiz edilməklə özlərində belə bir inam yaratmışdılar ki, torpaqlarımız geri qaytarılmayacaq, bu ərazilər onlara məxsusdur. Amma unutdular ki, tarixi saxtalaşdırmaqla, özləri barədə miflər yaratmaqla həqiqətləri ört-basdır etmək, işğal etdiyi torpaqları daimi əldə saxlamaq mümkün deyil. Gec-tez ədalət öz yerini tapacaq, danışan faktlar olacaq. Güclü Azərbaycan Ordusu işğalçı Ermənistanın torpaqlarımızda qurduğu istehkamları dağıtdı, erməni ordusu Silahlı Qüvvələrimizin gücü qarşısında duruş gətirməyərək hərbi texnikanı, silah-sursatı qoyub qaçdı, sonda Ermənistan kapitulyasiya aktına imzalamağa məcbur oldu. “Silahlı Qüvvələrimizlə fəxr edirik” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.
Tarixi Zəfərimiz bu reallığı da təsdiqlədi ki, möhkəm təməl uğurların başlanğıcıdır. Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli Ordunun yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyan ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin miqyası böyük olmaqla yanaşı, Qələbəmizi şərtləndirən əsas amil oldu. Prezident İlham Əliyev möhkəm təməl üzərində Azərbaycan ordusunu daha da inkişaf etdirərək dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasını təmin etdi. Postmünaqişə dövründə də əsas hədəf məhz ordumuzun daha da gücləndirilməsidir. Dövlət başçısı İlham Əliyev nitqində bu məqama diqqət yönəltdi ki, bütün sərhədlərdə hərbi hissələr yaradılıb. Müharibədən keçən il yarım ərzində gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq və buna nail olduq. Bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atılacaq.
Ölkə Prezidentinin “Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq” çağırışı bütün dövrlərdə aktuallığını qoruyur. Azərbaycan 30 ilə yaxın dövrdə müharibə şəraitində yaşasa da bütün sahələrdə biri-birindən əhəmiyyətli uğurlara imza atdı. Azərbaycanın inkişaf modeli dünyada təqdir edilir və öyrənilir. Ölkəmizin iqtisadi qüdrəti bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Ermənilərin 30 ilə yaxın dövrdə bu torpaqlarda törətdikləri dağıntıları bərpa etmək, yenidənqurma işlərini həyata keçirmək zamanla yanaşı, böyük maliyyə vəsaiti də tələb edir. Lakin ilyarım ərzində bu torpaqlarda elə genişmiqyaslı bərpa işləri görülüb ki, onların hamısını sadalamaq mümkün deyil. Dövlət başçısı İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində “İstisu” sanatoriyasının təməlqoyma mərasimindəki nitqində diqqəti işğaldan azad edilmiş ərazilərimizdə dağıntılara yönəldərək bildirdi ki, bunlar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi, bu sanatoriyanı dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimiz yenidən bərpa edilir. O cümlədən Kəlbəcər və Laçın rayonlarında böyük quruculuq işləri gedir. Bütün bu işlərin həcmi bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bir daha demək istəyirəm, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35

