Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Makedoniya Türk Demokratik Partiyasının sədri Beycan İlyas YAP Mərkəzi Aparatına başsağlığı məktubu ünvanlayıb

Makedoniya Türk Demokratik Partiyasının sədri Beycan İlyas YAP Mərkəzi Aparatına başsağlığı məktubu ünvanlayıb

19.09.2022 [21:30]

Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqova Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: “Sizi səmimi-qəlbdən salamlayır, ötən günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalarda şəhid olan Azərbaycan Ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılara şəfa, qardaş Azərbaycan xalqına başsağlığı və səbir diləyirik. Allah yardımçınız olsun.

Makedoniya türkləri can Azərbaycanın vətən torpağı Qarabağın tamamilə işğaldan azad olunması üçün apardığı haqlı mübarizədə soydaş Azərbaycan xalqının yanındadır. Azərbaycan işğalçı Ermənistan və arxasında dayanan zalimlər qarşısında əsla yalnız deyil. Allah yardımçınız olsun.

Eyni qanı daşıdığımız Azərbaycandakı bütün soydaşlarımızı salamlayır, möhkəm cansağlığı diləyirəm”.

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31