Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur
08.10.2022 [11:33]
Məlumdur ki, artıq Azərbaycan qazı Avropaya çatıb. Bu, “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın işə düşməsi sayəsində mümkünləşdi. TAP-ın istismara daxil olması ilə “Cənub qaz dəhlizi” tam fəaliyyətə başladı. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya birbaşa nəql edildi.
Bu hadisə təkcə neft-qaz sənayemizində deyil, ümumən xalqımızın tarixində xüsusi yeri və əhəmiyyəti var. Çünki “Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır.
Cənub Qaz Dəhlizi Azərbaycanın çox uğurlu enerji strategiyasının əsas elementlərindən biridir. Azərbaycan müstəqillik illərində təməlini Ümummilli lider Heydər Əliyevin qoyduğu və ölkənin uzunmüddətli inkişafına hesablanan yeni neft strategiyasını uğurla reallaşdırır.
Bugün müstəqil Azərbaycanın güclü dayaqlara malik ölkəyə çevrilməsində uğurlu enerji siyasəti, neft-qaz sənayesinin mükəmməl inkişafı mühüm rol oynayıb. Cənub Qaz Dəhlizi Azərbaycanın yeni enerji siyasətinin çox mühüm bir həlqəsini təşkil edir.
Bildiyimiz kimi, “Cənub qaz dəhlizi”nin təməli 20 sentyabr 2014-cü il tarixdə, yəni, “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunan gün Səngəçal terminalında qoyulub. Layihə geniş beynəlxalq əməkdaşlıq şəraitində gerçəkləşib. Dörd seqmentdən ibarət olan bu nəhəng layihənin uğurla həyata keçirilməsi bütün iştirakçı dövlətlərin və şirkətlərin, eyni zamanda, genişmiqyaslı işlərdə əməyi olan hər kəsin nailiyyətidir.
Sevindirici haldır ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişib. Bugün Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfədir.
Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır.
Xatırladaq ki, Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsünü 2015-ci ildə irəli sürüb. Ötən dövrdə böyük regional və qlobal əhəmiyyət daşıyan layihə ətrafında kifayət qədər geniş komanda formalaşıb. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizinə artıq üzv dövlətlərdir. Bundan başqa, Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalanıb. Yəni “Cənub qaz dəhlizi” nin “qol” ları zaman keçdikcə şaxələnir, cünki bugün Avropa ölkələrində Azərbaycan qazına tələbat vardır. Bu isə Azərbaycana qaz ixracı imkanlarını getdikcə daha da genişləndirmək imkanı verir.
Prezident İlham Əliyev cari ilin sentyabr ayının 30-da Bolqarıstana rəsmi səfəri çərçivəsində çıxışı zamanı bir daha diqqətə çatdırdı ki, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin əminik ki, Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir.
Eyni zamanda sevindirici haldır ki, artıq Azərbaycan qazı Bolqarıstandadır. Bugün gerçəkləşən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Çünki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır.
Çıxışı zamanı cənab Prezident onu da vurğuladı ki, artıq Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu Memoranduma əsasən də, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artırmağa imkanımız olacaqdırr. Hazırda isə Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu isə bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu da öz növbəsində gələcək planlar üçün də gözəl zəmindir. Azərbaycanın “Cənub qaz dəhlizi” layihəsi isə Avropa üçün yeni enerji damarıdır.
Natiq Quluzadə
YAP Zəngilan rayon
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

