8 noyabr bizim şanlı qələbəmizin, zəfərimizin günüdür
07.11.2022 [11:24]
XX əsrin 80 – cı illərinin sonları – 90 – cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc - mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd – yuvasından didərgin düşmüşdür.
Ermənistan tərəfindən ərazisi işğala məruz qalan Azərbaycan 30 ilə yaxın müddətdə daim diplomatik təmkin nümayiş etdirirdi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşırdı, lakin bunun müqabilində düşmən ölkəyə ciddi beynəlxalq təzyiqin göstərilməməsi vəziyyəti daha da gərginləşdirirdi.1993-cü ildə BMT – nin qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini qeyd – şərtsiz tərk etmələri haqqında 822, 853, 874, 884 saylı qətnaməsinə məhəl qoymayaraq, işğal etdikləri ərazilərdə mühəndis – istehkam qurğuları qurmaqla Azərbaycana aşkar şəkildə meydan oxuyaraq yeni müharibə, yeni ərazilər şüarını səsləndirmələri Azərbaycana hərbi yolu seçməkdən başqa ikinci bir seçim imkanı qoymadı. 2020-ci il sentyabrın 27-də Ermənistan hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu gün Zəfər bayramı kimi qeyd etdiyimiz 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Düşmən qoşunları yarımmühasirə vəziyyətinə düşdü.Noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı. Azərbaycan Prezidentinin döyüş meydanı ilə yanaşı, siyasi müstəvidə yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistanı diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 1 dekabra kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz , qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanatı imzaladı.
Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Zəfər Gününü qeyd edən hər kəs Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən müharibəsi şəhidlərinin ruhu qarşısında baş əyir, onların xatirəsini ən dərin ehtiramla yad edirlər.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq, bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

