Ermənistana hərbi yardım edən ölkələr Şuşa Bəyannaməsini unutmamalıdırlar
06.12.2022 [15:27]
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Dekabrın 10-da Vətən müharibəsində qazandığımız böyük Qələbənin şərəfinə keçirilmiş Zəfər paradının ikinci ildönümüdür. 10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq Meydanında keçirilmiş, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbul etdiyi Zəfər paradında 3000 Azərbaycan hərbçisi ilə bərabər türk hərbçiləri də iştirak edib. Bu parad hər birimizin yaddaşında əbədi qalacaq tarixi hadisə idi.
Düşmənə sarsıdıcı zərbələr endirərək onu darmadağın edən qüdrətli Azərbaycan ordusu tərəfindən Şuşa şəhərinə sancılan şanlı üçrəngli bayrağımız Zəfər paradına gətirilmişdir. Yüksək hərbi potensiala və müasir maddi-texniki təchizata malik olan Azərbaycan ordusu Zəfər paradında dünya ictimaiyyətinə bir daha öz qüdrətini nümayiş etdirdi. Zəfər paradında ordumuzun hərbi arsenalındakı silah və texnikalarla bərabər, düşmən Ermənistanın hərbi qənimət olaraq ələ keçirilmiş texnikaları da nümayiş etdirildi. Bir vaxtlar Ermənistanın rəhbərliyi tərəfindən verilən açıqlamalarda “erməni tankları Bakı küçələrində peyda olacaq” fikirləri öz reallığına qovuşdu. Ancaq bu reallıq düşmən tanklarının hərbi qənimət olaraq Azadlıq meydanında nümayişi ilə baş tutdu.
Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları - əsgərlər və zabitlər böyük qəhrəmanlıq dastanı yazaraq öz canları bahasına torpaqlarımızı düşmən tapdağından azad etdi. Sıravi əsgərdən tutmuş ən ali rütbəli hərbçiyə qədər hər bir döyüşçü tarixi ədalətin zəfər çalması üçün çalışırdı. 1 nəfər belə fərarisi olmayan Azərbaycan Ordusunun hospitallarda müalicə alan yaralı əsgər və zabitləri, bu halda belə döyüşə qayıdıb Vətən uğrunda vuruşmağa can atırdılar. Lakin Ermənistan ordusunda tamam fərqli mənzərə idi. Rəsmi rəqəmlərə əsasən müharibə zamanı düşmən ordusunda fərarilərin sayı 10 mindən çox olmuşdur.
Qəhrəman Azərbaycan ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənin başını dəmir yumruqla əzərək, onun illərlə formalaşdırmış olduğu “məğlubedilməz ordu” mifini darmadağın etdi. Düşmən sağalmaz zərbələr aldı.
Döyüşlərdə vuruşaraq öz canını Vətən uğrunda fəda vermiş oğullarımız ən yüksək ali diqqətə layiq görülərək təsis olunmuş müxtəlif orden və medallarda təltif olundular. Əldə olunmuş böyük Qələbəni daim yaşatmaq və onu gənc nəsillərə ötürmək üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalandı, o cümlədən Hərbi Qənimətlər Parkı salındı. Vətən müharibəsində düşməndən qənimət olaraq ələ keçirilmiş hərbi texnikaların, silahların, həmçinin düşmənin döyüş bölgəsindən uzaq ərazilərimizə atdığı “İsgəndər-M” raketinin qalıqları da burada sərgilənir.
Xüsusilə qeyd etmək lazımdır ki, Vətən müharibəsində Azərbaycan xalqı böyük birlik nümayiş etdirərək bir yumruq şəklində Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bu Qələbənin əldə olunmasına nail oldu. Müharibə zamanı müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar birgə dəstək bəyanatları imzalayaraq ölkə Prezidenti, Ali Baş komandana öz dəstəklərini ifadə etdilər. Bu isə öz növbəsində ölkəmizdə aparılan siyasi dialoqun məntiqi nəticəsi idi.
Əllbətdəki Azərbaycan 44 günlük Vətən müharibəsində böyük Qələbənin əldə olunması üçün dayanmadan, gecə-gündüz çalışdı. İlk növbədə ölkəmizdə siyasi, hüquqi baza formalaşdırıldı və güclü iqtisadiyyat quruldu. Ordunun döyüş qabiliyyətinin artırılması və möhkəmləndirilməsi üçün büdcə vəsaitlərinin böyük hissəsi hərbi xərclərə yönləndirildi. Beynəlxalq səviyyədə ölkəmizin nüfuzu artırıldı və bizim mövqeyimizi dəstəkləyən bir sıra mühüm qərarlar və qətnamələr qəbul olundu.
Bir daha qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci il tairixində Şuşa Bəyannaməsi ilə öz hərbi müttəfiqliklərini rəsmiləşdiriblər. Ermənistana hərbi yardım vəd edən ölkələr bu məqama xüsusi diqqət yetirməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02

