Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın qanunlarına tabe olmayan ermənilər dərhal ölkəmizi tərk etməlidirlər

Azərbaycanın qanunlarına tabe olmayan ermənilər dərhal ölkəmizi tərk etməlidirlər

20.12.2022 [13:30]

Hər zaman xalqın dəstəyinə arxalanan, ondan güc alaraq müstəqil siyasət yürüdən ölkə Prezidenti, cənab ¬İlham Əliyevin mahir idarəçilik təfəkkürü, fenomenal bacarıqları sayəsində ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrəti günbəgün artdı. Bütün bunlar, əlbəttə, çoxdan arzusunda olduğumuz tarixi zəfərimizi şərtləndirir və günü-gündən yaxınlaşdırdı.

Nəhayət, 27 sentyabr 2020-ci ildə başlayaraq, 44 gün boyunca Zəfər salnaməmizin ən şanlı, ən parlaq səhifələri yazıldı. 8 noyabr 2020-ci ildə  milli qürurumuzun simvolu olan Şuşanın azad olunması ilə, 44 günlük Zəfər yürüşümüz öz zirvəsinə çatdı– düşmənin acı məğlubiyyətini etiraf etməkdən və təslimçilik sənədinə imza atmaqdan başqa çarəsi qalmadı. İllərlə arzusunda olduğumuz gün gəldi, xəyallarımız gerçəkləşdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müqəddəs yurdumuz – Qarabağımız azadlığına qovuşdu. Başımızın üstündəki qara buludlar əbədi olaraq dağıldı. Üstümüzə gün doğdu, taleyimizə yeni həyat bəxş olundu.  Bu mənada 8 Noyabr tarixi haqlı olaraq ölkəmizin, xalqımızın həyatında yeni eranın başlanğıcı kimi qiymətləndirilir. Məhz, bu tarixdən sonra regionda yeni geosiyasi reallıqlar yarandı. Vətən müharibəsini qalibiyyətlə başa vuran qüdrətli Azərbaycan öz şərtlərini diqtə edən və uğurla həyata keçirən ölkə kimi daha böyük imkanlar əldə etdi. Qədirbilən xalqımızın müdrik rəhbərimizin ətrafında dəmir yumruq kimi birləşərək Zəfər salnaməmizi yazdığı 44 günlük Vətən müharibəsindən sonra diplomatik cəbhədə, informasiya savaşında və azad Qarabağdakı quruculuq cəbhəsində davam edən qələbələrimizin gətirdiyi ovqatla tarixi Zəfərimiz günü-gündən daha da möhkəmlənir. 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi, bu günlər də hər birimiz qürur və sevinc hissləri yaşayırıq. Qalib ölkənin qürurlu vətəndaşları kimi hər gün hansısa əlamətdar bir hadisəyə, tarixi bir məqama şahidik edirik. Bu gün, düşmən ölkənin xaincəsinə davam edən hərbi-siyasi təxribatlarına  baxmayaraq, Azərbaycan dövləti, onun başçısı humanist, sülhsevər mövqeyi, konstruktiv siyasəti ilə seçilir, bölgədə əbədi sülhə, inkişafa və rifaha nail olmaq üçün ardıcıl səylərini davam etdirir. Bütün danışıqlar prosesində sülhsevər mövqeyini qətiyyətlə ortaya qoyan Azərbaycan lideri təmkinlə, səbrlə və məğrurluqla müzəffər xalqımızın maraqlarını ifadə edir.  Son dövrlər Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşlərin hər birində sülh müqaviləsinin imzalanaması üçün Azərbaycanın təqdim etdiyi 5 şərt ədalətli prinsiplər kimi qəbul olunur, təkliflərimiz dövlətimizin konstruktiv mövqeyinin ifadəsi kimi səslənir.

Bu il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Lakin nə erməni separatçıları, nə də sülhməramlı adlanan silahlı qüvvələr bu məsələyə isti münasibət sərgiləmədilər. Sözdə “mədəni” , “sivil” kimi terminlərdən ağızdolusu danışan ermənilərin xisləti özünü yenidən büruzə verdi. Quldur Vardanyanın dəstəsi Azərbaycanın təbii sərvətlərini talan etmək, flora və faunamızı məhv etmək siyasətini davam etdirəcəklərini bir daha bəyan etmiş oldular. Buna etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin üzvlərinin keçirdiyi etiraz aksiyası dinc xarakter daşımaqla bərabər, humanitar koridorun olmasına qarşı deyildir. Ekofəallar və QHT təmsilçiləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Şuşa-Laçın yolunda aksiyaya başlayıblar. Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar beynəlxalq sənədlərdə, eləcə də milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından istifadəyə maneçilik törədənlərə qarşı etiraz edirlər. Onların sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq və sair kimi hüquqlarından istifadə edərək hüquqlarının pozulmasına qarşı haqlı narazılıqlarını bildirirlər. Onlar Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edirlər. 

Elçin İsmayılov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı fəalı.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28