Azərbaycan gələcəyin layihələrini reallaşdırır
10.02.2023 [11:32]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan son illərdə reallaşdırdığı bütün layihələr gələcəyə hesablanıb. Bu vəziyyət ölkəmizin gələcək perspektivlərindən xəbər verir. Vaxtı ilə BTC-ni xəyal layihəsi adlandıranlar, layihə reallaşdıqdan sonra bu addımın perspektivlərini görüb, uzaqgörən siyasətə heyran olduqlarını etiraf etdilər. O dövrdən bu dövrədək dünyada bir çox proseslər baş verib. Amma son bir ildə baş verən hadisələr dünyanın siyasi və iqtisadi düzənini daha çox dəyişdi. Enerji sferasında bu özünü daha bariz göstərir. Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları deyib: “Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir”.
Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri yubanmalara baxmayaraq iki ildən artıqdır ki, fəaliyyətdədir. Azərbaycan dünya bazarının böyük qaz ixracatçısına çevrilib. Vurğulanmalıdır ki, Cənub Qaz Dəhlizinin uğurla başa çatdırılması Azərbaycan üçün əhəmiyyətli və tarixi hadisə idi. Azərbaycanın təbii qaz ehtiyatlarının az olması və bu qazın Avropanın təchizatında böyük rol oynamayacağını qeyd edənlər artıq yanıldıqlarını görürlər. Prezidentin dediyi kimi; “Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq”, - o deməkdir ki, Azərbaycan həyata keçirdiyi layihələr gələcəyin layihələridir. Bütün dünyanın bu layihələrdən bəhrələnməsinə töhfə verir.
Azərbaycan enerji təchizatının davamlı şaxələndirilməsi missiyasını öz üzərinə götürüb. Ötən illər ərzində bu istiqamətdə fəaliyyət göstərmək məqsədi ilə böyük komanda formalaşıb. Məhz buna görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür. Səmərəli fəaliyyətin nəticəsidir ki, 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr qaz ixrac olunmuşdur. Cari ildə Avropaya qaz ixracının 24,5 milyard kubmetr olması proqnozlaşdırılır. Bu, o deməkdir ki, Azərbaycan bütün Anlaşma Memorandumlarına əməl edir. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir, şaxələndirmə missiyasını uğurla reallaşdırır.
Bu gün respublikamızın müxtəlif bölgələrində ümumi gücü 66 MVt təşkil edən külək, 40 MVt olan günəş, 38 MVt bioenerji elektrik stansiyaları, həmçinin 32 MVt gücündə kiçik su elektrik stansiyaları istismar olunur.
Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30 %-ə çatdırılmasının (hazırda 17 % təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür.
Prezident tədbirdə çıxışında bildirmişdir ki, Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır. Gələcəyə doğru hesablanmış bu layihələr Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımızın uğurlu olacağından xəbər verir. Bunun üçün Azərbaycanda formalaşmış komanda mövcuddur. Sadəcə işə konseptual yanaşmaq, məsuliyyətli və beynəlxalq qurumlarla hərtərəfli əməkdaşlıq vacibdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12

