Böyük Qayıdış: arzular reallığa çevrilir
20.02.2023 [10:41]
Bugünümüzün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərini tezliklə başa çatdırmaq, soydaşlarımızın Böyük Qayıdışını tam tərkibdə reallığa çevirməkdir.
Dövlət başçısı İlham Əliyev bərpa-quruculuq işlərinə başlanan gündən bu çağırışı etdi ki, dost ölkələrin bu prosesdə fəal iştirakını istərdik. Artıq iki ildən çoxdur ki, işğaldan azad edilmiş ərazilərimizin həyatında yeni dövr başlayıb. Bərpa-quruculuq işlərinin miqyası o qədər genişdir ki, onların hamısını sadalamaq mümkün deyil. Sıfırdan başlanan bu işlər ölkəmizin daxili imkanları hesabına həyata keçirilir. Dövlət başçısı İlham Əliyev fevralın 13-də istər müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında, istərsə də bu mərasimdə iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu mühüm məqamı xüsusi vurğuladı ki, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər. “İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Bakı şəhərində, azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeyləri İtaliya şirkətləri tərəfindən yaradılır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dağılmış 3 məscid və yeni inşa edilən 1 məscid İtaliya şirkətləri tərəfindən bərpa olunur və inşa edilir. Bütün digər sahələrlə yanaşı, bu layihələrin uğurlu icrası Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki qeyd edilən layihələr tarixi keçmişimizdir, eyni zamanda, Qələbəni əks etdirən yeni rəmzlər olacaq. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə erməni vəhşiliklərini də diqqətə çatdırdı. Bu torpaqlarımız tamamilə dağıdılıb. Tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. İşğaldan azad edilmiş torpaqlar 10 min kvadratkilometrə bərabərdir. Dağıntıları hazırda genişmiqyaslı bərpa-quruculuq işləri əvəz edir. “İtəyirik ki, bu işlərdə daha çox İtaliya şirkəti iştirak etsin - həm inşaat, həm xidmət, həm sərmayə səhələrində, həm də kontraktor kimi. Artıq İtaliyanın “IVECO” şirkəti orada öz müəssisəsini yaratmağa start verib. Orada yük maşınlarının istehsalı nəzərdə tutulur. Ona görə gündəlik çox genişdir və əminəm ki, səfər zamanı bütün bu məsələlər geniş müzakirə ediləcək” söyləyən cənab İlham Əliyev Azərbaycanın hər bir sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini əsaslı şəkildə qeyd etdi. Hazırkı dövrün əsas çağırışlarından biri də bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə böyük potensiala malik olması məlumdur. Dövlət başçısı İlham Əliyev son iki ildə hər bir beynəlxalq əhəmiyətli tədbirdə, keçirilən görüşlərdə işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialı rəqəmlər əsasında diqqətə çatdırır. Azərbaycan İtaliya ilə “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıqda maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso “İstəyirəm ki, gələcək nəsillərin tələbatlarını daha geniş şəkildə təmin edəcək dayanıqlı həyat naminə birgə səylərimizi davam etdirəcək, ölkələrimiz arasında dostluğun möhkəmlənməsi üçün növbəti uğurlu addımlarımızı atacağıq. İstərdim ki, İtaliya ilə Azərbaycan arasındakı tərəfdaşlıq Avropada nümunəvi olsun” kimi fikirləri ilə bir daha iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün böyük imkanların və istəyin olduğunu açıqladı.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

