Azərbaycan bütün dünyaya sübut etdi ki…
14.03.2023 [18:40]
Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatının sədri
Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti nəticəsində 20 faiz torpqlarımız işğal olunmuşdur. Belə ki, bu torpaqlar beynəlxalq birlik tərəfindən Azərbaycan torpaqları hesab edilirdi. Bu siyasətin nəticəsi olaraq bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin salınaraq qaçqın-köçkün vəziyyətinə salınmışdı. Eyni zamanda Ermənistan 1992-ci ildə Azərbaycan xalqına qarşı 1992-ci ilin fevralında soyqırım törətmişdir. Bunun nəticəsi olaraq 600-dən artıq insan həlak olmuşdur. Onların əksriyyətini qocalar, qadınlar və uşaqlar təşkul edirdi.
Azərbaycan dəfələrlə bəyan etmişdir ki, münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Bu istiqamətdə beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişlər. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxmışlar. Lakin bu dəstəyin böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmamışdı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur və bunun nəticəsi olaraq həmin qətnamələr icrasız qalmışdı. Ermənistanın bu illər ərzində yeritdiyi siyasət münaqişənin sülh yolu ilə həll olunmasını mümkünsüz edirdi.
1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti 28 il ərzində heç bir nəticə vermədi. Əgər Minsk qrupunun həmsədrləri Ermənistana təzyiq göstərsəydi məsələ çoxdan sülh yolu ilə həllini tapmışdı.
Ermənistan uzun illər ərzində münaqişənin dondurulması istiqamətində siyasət yeritmişdir. Danışıqlardan imtina etmişdir. Son dövrlərdə Ermənistan hakimiyyəti bildirirdi ki, bir qarış belə Azərbaycan torpağı geri qaytarılmayacaq. Bundan əlavə Ermənistanın məsuliyyətsiz və təxribat xarakterli davranışları onu göstərirdi ki, danışıqlar heç bir nəticə verməyəcəkdir. Qanunsuz xunta rejiminin başçısının Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada andiçmə mərasiminin keçirilməsi Ermənistanın beynəlxalq hüquq və normaların pozulması istiqamətində daha bir təxribatçı addımı idi. Ermənistan hakimiyyəti bu kimi hərəkətləri ilə Azərbaycanı təxribata çəkmək və məsuliyyəti bizim üzərimizə atmaq niyyəti var idi. Lakin Azərbaycan təxribata uymadı, özünü təmkinli apararq beynəlxalq hüququn bütün norma və prinsiplərini gözlədi. Belə olan halda Ermənistən 2020-ci ilin yayında Azərbaycanın sərhədboyu mövqelərini atəşə tutdu. 44 günlük müharibə bir daha sübut etdi ki, Azərbəycan haqq yolundadır və öz torpaqlarını erməni işğalından azad etmək üçün mübarizə aparır. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın kapitulyasiya aktına imza atması və Bəyanatın imzalanması məsələni hərbi-siyasi yolla həll etdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qeyd etdi ki, artıq Dağlıq Qarabağ münaqişəsi mövcud deyil. Azərbaycan bu məsələni hərbi-siyasi yolla həll etdi. Artıq Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur.
İşğaldan azad olunmuş ərazilərin bərpası işlərinə artıq başlanılmışdır. Azad olunmuş torpaqlarda çox böyük işlər görülməlidir. Belə ki, ermənilər həmin ərazidə hər şeyi dağıtmışdır. Şəhərlər, evlər, kəndlər, mədəniyyət abidələri-hər şey dağıdılıb. Hətta Füzuli şəhəri azad olunarkən orada Azərbaycan bayrağının ucaldılması üçün salamat qalmış bir binanın tapılmaması və işğal olunmuş ərazilərdəki məscidlərdə inək və donuz saxlanılması ermənivandalizminin nümunəsidir. Ermənilər indiyə qədər Azərbaycana minalanmış ərazilərin xəritəsini verməməsi hərbi cinayətdir.
44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarını erməni işğaılından azad etməklə bütün dünyaya sübut etdi ki, heç vaxt öz torpaqlarının işğal altında qalması ilə razılaşmadı.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22

