Alman biznes elitası Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir
17.03.2023 [11:31]
“Prezident İlham Əliyevin Almaniyaya səfər etməsi, bu ölkənin dövlət başçısı, kansleri, biznes elitası ilə görüşlər keçirməsi iki ölkənin münasibətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlməsindən xəbər verir. Şübhə yoxdur ki, Azərbaycan-Almaniya əlaqələrinin inkişafı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də dərinləşməsinə əlavə təkan verir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı Azərbaycanın əldə etdiyi uğurları diqqətə çatdırmaqla alman biznes elitasının sərmayə yatıra biləcəyi sahələrin uğurlu təqdimatını da həyata keçirib: “Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan da Almaniyanın Cənubi Qafqazdakı vacib tərəfdaşlarındandır. Bu mənada Almaniya dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Bu baxımdan alman iş adamları Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialının reallaşdırılmasına, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yaşıl enerji zonasının yaradılmasına, Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında sənaye, kənd təsərrüfatı, infrastruktur sahələrinə, eləcə də yenidənqurma işlərinə, həmçinin, istehsal olunan enerjinin ötürmə qabiliyyətinin artırılmasına, dəniz limanı və dəmir yolu infrastrukturu imkanlarının artırılmasına, rəqəmsal transformasiyaya, ümumilikdə isə ölkəmizin 2030-cu ilə qədər 42-50 milyard ABŞ dolları investisiya həcmində milli inkişaf strategiyası çərçivəsindəki işlərə maraq göstərə bilər. Bir halda ki, bu gün Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır, o zaman Almaniya 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş Cənub Qaz Dəhlizinin genişləndirilməsinə də dəstək verə bilər. Çünki, Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsi planlaşdırılır. Eyni zamanda, yaxın illərdə Azərbaycan Avropa üçün vacib yaşıl enerji təchizatçısına da çevriləcək. Ona görə də, Almaniyanın müvafiq şirkətlərinin diqqətini Azərbaycanın potensialı 200 qiqavata yaxın külək və günəş enerjisi mənbələri də çəkə bilər”.
Ramil Vəlibəyov əlavə edib ki, bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01

