Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Laçın dünyanın ən gözəl guşələrindən birinə çevrilməkdədir

Laçın dünyanın ən gözəl guşələrindən birinə çevrilməkdədir

04.04.2023 [16:34]

Nurəddin İbrahimov,

YAP Gəncə şəhər təşkilatı sədrinin müavini

Azərbaycan tarixinin ən parlaq səhifələrindən olan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz düşməni diz çökdürdü, onun hərbi birləşmələrini və canlı qüvvəsini darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımız dalğalandı. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Erməni mənfurlarının öz doğma yurdundan uzaq saldığı laçınlıların yurd həsrətinə birdəfəlik son qoyuldu. Tarixi ədaləti bərpa edən şanlı qələbə dövlətimizin gücünü, qüdrətini, xalqımızın yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu güc, qüdrət işğaldan azad edilən, düşmənin yerlə yeksan elədiyi torpaqlarımızın bərpası, dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi ilə bir daha gündəmə gəlir. Ölkə Prezidentimiz cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra ortaya qoyduğu qətiyyətli mövqe, "Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur” sözləri reallığa çevrilir.

“İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək" deyə çıxışında vurğulayan Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmənin vəhşicəsinə dağıtdığı, tar-mar etdiyi Laçın sürətlə bərpa edilir. Şəhərinin bütün infrastrukturu yenidən qurulur, su, elektrik enerjisi xətləri, yollar çəkilir. İşğaldan azad edilmiş ərazilərimizdə inşa edilən 3 Beynəlxalq Hava Limanından biri Laçın rayonunda inşa edilir. 2025-ci ilin əvvəllərində bu hava limanının istismara verilməsi gözlənilir. Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid də inşa ediləcək.

Martın 28-də Prezidentimiz cənab İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən qeyd edib ki, siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin.

Uzun illər məcburi köçkün həyatı yaşayan, yurd həsrəti çəkən laçınlıların dədə-baba torpaqlarında rahat yaşayışı üçün bütün zəruri işlər görülür. Qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda, Laçında aparılan genişmiqyaslı quruculuq və yenidənqurma işləri dünya ictimaiyyətini də heyrətləndirib. Bu da bir daha onu nümayiş etdirir ki, Azərbaycan xalqı əzmi, gücü, qətiyyəti sayəsində cəmi 44 günə işğal altında qalan tarixi torpaqlarını azad etdiyi kimi, düşmənin dağıtdığı, viran qoyduğu yurdları yenidən cənnətə çevirir.

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31