Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz yeni inkişaf dövrünə qədəm qoyub

Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz yeni inkişaf dövrünə qədəm qoyub

10.04.2023 [10:52]

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü zəruri idi. Növbədənkənar keçirilən Prezident seçkilərində xalq bir daha öz sözünü dedi. Bu seçiklərdə xalqımız cənab Prezident İlham Əliyevə etimad göstərdi. Cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 %-nin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da xalqımız növbəti dəfə Heydər Əliyevin siyasi kursuna dəstək nümayiş etdirdi. İlk dəfə 2003-cü ildə Prezident seçildikdən sonra keçən 15 ilə yaxın müddətdə çətin, asan olmasından asılı olmayaraq bütün məsuliyyəti çiyinlərində daşıyaraq güclü Azərbaycan naminə nəzərdə tutulan vəzifələri tam şəkildə yerinə yetirən Prezident İlham Əliyev 11 aprel 2018-ci ildə keçirilən seçkilərdəki qələbəsini milyonların ona etimadı kimi yüksək dəyərləndirdi. “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, dünyada sabitlik adası kim tanınan Azərbaycanın vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün demokratik azadlıqlar təmin olunur. 2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Azərbaycan xalqı görülən işlərə səs vermişdir. 

Cənab İlham Əliyevin prezidentliyi dövründə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edildi, böyük uğurlara imza atıldı, ölkədə sabitlik tam bərqərar oldu, düşmən tapdağı altında qalan torpaqlarımız əsl sahiblərinə qaytarıldı.      

Cənab İlham Əliyevin prezidentliyinin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrildi. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandı.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz yeni inkişaf dövrünə qədəm qoymuşdur. Cənab Prezident bütün dünya dövlətləri tərəfindən qəbul edilən müasir və görkəmli dövlət xadimidir. Son 20 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük inkişaf yolu keçib. Azərbaycanın bu uğurları beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanın nüfuzu bu gün  dünyada durmadan artır. Bu nailiyyətlər həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunub.

         Varis Rüstəmov,

         Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 415 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31