Əbədi sülh üçün müstəqil dövlət güclü orduya qadir olmalıdır!
10.04.2023 [12:59]
Dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş dahi rəhbər Heydər Əliyevin həyata keçirdiyi əsas islahatlardan biri, məhz Silahlı Qüvvələrimizin yaradılması ilə bağlıdır. Böyük siyasətçi və qətiyyətli sərkərdə bildirirdi ki, müstəqil dövlətin qüdrətini, gücünü ifadə edən əsas amillərdən bəlkə də ən vacibi onun güclü orduya malik olmasıdır.
"Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz böyük gələcəyə baxmalıdır. Ancaq bu böyük gələcəyi təmin etmək üçün bu gün Azərbaycanın güclü ordusu olmalıdır. Bu ordu sabah ondan güclü, beş il sonra ondan da güclü, on il, on beş il sonra daha da güclü olmalıdır. Azərbaycan Prezidenti və Ali Baş Komandan kimi, mən bu siyasəti aparıram və sizdən onu tələb edirəm. Buna nail olmaq üçün öz tərəfimdən əlimdən gələni etmişəm və bundan sonra da edəcəyəm".
Bununla dahi rəhbərq hələ sovet dönəmində xalqımızın nə vaxtsa müstəqil olacağını düşünərək məqsədyönlü islahatlara başlamışdı. İndiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da bilavasitə müdrik şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Belə bir təhsil müəssisəsinin həmin dövrdə yaradılması böyük risk tələb edirdi və yalnız xalqının gələcəyi üçün narahat olan bir siyasi xadim belə cəsarətli addımı atmağa cürət edərdi. Azərbaycan Ordusunun mövcudluğundan qürur duyan hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ordumuzun güclənməsi əslində müstəqilliyimizin möhkəmlənməsinə və qorunub saxlanmasına güclü təminatdır.
XX əsrin əvvəllərində müstəqillyinə qovuşan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, belə qısa zaman ərzində öz ordusunu yaratmağa imkan tapdı. Məşhur hərb xadimlərimizdən Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov ilk ordu qüvvələrinin yaradılmasına və ölkədə hərbi strukturların formalaşmasına böyük əmək sərf etmişdilər. Paytaxt Bakıda və Gəncə şəhərində hərbi hissələrin, hərbi məktəblərin yaradılması, ölkədə hərbi çağırış sisteminin formalaşması, qısa vaxtda əldə edilmiş uğurlar idi.
Doğru deyiblər ki, tarix təkrar olunur. Ötən əsrin sonlarına yaxın xalqımız yenidən dövlət müstəqilliyini bərpa etdi və azad yaşamaq arzusunu gerçəkləşdirdi. Azərbaycanda dövlət və ordu quruculuğu sahəsində tarixi ənənələrin bərpa edilməsi zərurətə çevrildi. Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir və belə ağır şəraitdə Azərbaycan xalqı haqlı olaraq dünya şöhrətli siyasətçi, müdrik şəxsiyyət Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. Dahi rəhbərin 1993-cü ilin iyununda Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı bütöv bir xalqı bütün təhlükələrdən, xüsusən də müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
Birinci Qarabağ Müharibəsində əsaslı dönüşün başlanğıcı da Heydər Əliyevin adı ilə bağlıdır, çünki ölkənin ağır vaxtında xalqı səfərbər etməyi bacaran lider çox qısa vaxtda on minlərlə gəncin döyüşən orduya göndərilməsini təmin etdi. O, bir komandan olaraq cəbhə xəttinə müntəzəm səfər etdi və döyüşçülərlə görüşdü. Müstəqil Vətənimizin taleyində hər kəsin mühüm rolunu dəyərləndirərək əsgər və zabitlərin qarşısında ən müqəddəs vəzifənin - torpaqlarımızın işğalçılardan qorunmasının dayandığını bildirdi. Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunu artırmaq üçün konkret addımlar atırdı. Məhz belə səfərlərdən sonra Azərbaycan Ordusunun əks-hücumları baş verdi və Beyləqan-Füzuli istiqamətində onlarla yaşayış məntəqəsi işğaldan azad edildi.
Cəbhədə məğlubiyyətlə üzləşən işğalçı Ermənistan 1994-cü il mayın 12-də atəşkəs haqqında sazişə imza atdı. Bu fasilədən isə Azərbaycan rəhbərliyi müdrikcəsinə bəhrələnərək ordu quruculuğunu inkişaf etdirdi, hərbi hissələrin döyüş hazırlığı və maddi-texniki bazası əhəmiyyətli dərəcədə yüksəldildi. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölmənin şəxsi heyəti dünyanın münaqişə bölgələrində - İraqda, Kosovoda və Əfqanıstanda müqəddəs missiyanın - əmin-amanlığın və sabitliyin qorunmasına öz dəstəyini əsirgəmədi. İnkişaf etmiş ölkələrin dövlət bayraqları ilə bir cərgədə Azərbaycanımızın da üçrəngli bayrağının dalğalanması, doğrudan da, hər bir vətəndaşımızda sonsuz qürur doğurmaya bilməzdi.
Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasını daim diqqətində saxlayan dahi sərkərdənin fikrinə görə, güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır. Bu cəhətdən də Azərbaycan Ordusunun döyüş potensialının gücləndirilməsi onun siyasi kursunda əsas istiqamətlərdən idi. Xalqımız fəxr edir ki, müasir dövrdə Ulu Öndərin irsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil dövlətçilik kursunu inkişaf etdirən ölkə başçısı həm suverenliyimizin, həm də ərazi bütövlüyümüzün qarantı olan Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına daim diqqət yetirir. Dövlətin yüksək qayğısı sayəsində doğma ordumuzun bölgədə nüfuzu daha da artıb və beynəlxalq səviyyəli hərbi ekspertlər də bu qənaətdədirlər ki, artıq Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları sırasında yer tutur.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir qayda olaraq bütün çıxışlarında ordu quruculuğu məsələlərinə toxunaraq bildirir ki, bir sahədə qazanılan uğurlar dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini və vətənpərvərliyini nümayiş etdirir.
Azərbaycan Ordusunda xüsusi önəm kəsb edən Hərbi Hava Qüvvələri də günü gündən daha da təkmilləşdirilir, inkişaf etdirilur. Yaranma tarixi 1919-cu il Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürülsə də, hərbi qoşun növü kimi formalaşdırılması 1992-ci ilə təsadüf edir. 30 il öncə Qarabağ səmalarında erməni faşistlərinə qarşı döyüş uçuşları aparan, düşmənə sarsıdıcı zərbələr endirən Azərbaycanın dəmir qanadlı hərbi şahinləri milli hərbi aviasiya tariximizə şanlı səhifələr yazdılar.
Birinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Hərbi Hava Qüvvələrimiz Xankəndi, Ağdərə, Şuşa, Ağdam, Laçın, Kəlbəcər və digər istiqamətlərdə döyüş uçuşları apararaq, düşmənə havadan zərbə endirməyə, hava məkanını qorumağa və aldadıcı manevrlər edərək üstünlüyü əldə saxlamağa nail olmuşdur. Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın müasir ordu quruculuğunda əhəmiyyətli yeri olan Hərbi Hava Qüvvələrinin möhkəmlənməsinə və maddi-texniki bazasının ən yüksək səviyyəyə çatdırılmasına xüsusi önəm verirdi. Belə ki, 1997-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin fəaliyyətə başlaması ilə ölkədə təyyarəçi kadrlarının hazırlanması işi reallaşdı. Ulu Öndər Azərbaycanın ilk milli hərbi təyyarəçilərinin buraxılış mərasimində fəxrlə deyirdi: "Çox sevinirəm ki, indi milli şahinlərimiz var və sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər".
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyil ki, Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasında vermişdir
Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Qısa müddətli hərbi əməliyyatlar nəticəsində möhtəşəm Qələbə təmin olundu, bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidentinin və Ordusunun gücünü gördü. Dövlətimizin başçısının rəhbərliyi ilə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi, hərbi texnikalarla, atıcı silahlarla, uçuş aparatları ilə və s. təchiz olunması, müasir standartlara uyğun, bütün infrastrukturlara malik yeni hərbi şəhərciklərin inşa edilməsi, hərbi tələblərə cavab verən təlim poliqonlarının yaradılması, müxtəlif təyinatlı və müxtəlif miqyaslı təlimlərdə uğurla iştirakı ordunun döyüş hazırlığını arzulanan səviyyədə yüksəltdi. Statistik məlumatlara görə müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusunda isə belə hal aşkarlanmayıb.
Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Şuşa əməliyyatı bu gün dünya hərb tarixinin şanlı səhifəsində yer alıb və bu döyüşün taktiki, strateji əhəmiyyəti geniş şəkildə analiz edilir, öyrənilir. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycan bu gün öz tarixi torpaqlarına, doğma Qarabağımıza qayıdır və artıq həmin ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanır.
Bu gün Azərbaycanın Milli Ordusu başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla qarşıya qoyulan bütün tapşırıqları icra etməyə qadir olan, düyada müasir silahlarla təciz olmuş və yüksək döyüş qabliyyətinə malik güclü qalib Ordularındandır.
Hər bir Azərbaycanlı Müzəffər Ordumuzla qürur duyur!
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

