Sabitlik inkişafın, təhlükəsizliyin əsasıdır
12.04.2023 [16:32]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Tacikistan və Azərbaycanı qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Bu gün ölkələrimizin qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Hər iki dost ölkə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini daim diqqətdə saxlayır.
Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə cənab İlham Əliyevin aprelin 5-də dost ölkəyə rəsmi səfəri münasibətlərin yeni prioritetlər üzrə inkişafını şərtləndirən amillərə işıq saldı. Səfər çərçivəsində Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində diqqət göstərilən əsas məsələlərdən biri dövrün əsas çağırışı olan təhlükəsizlik məsələsi oldu. Tərəflər beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduqlarını bildirdilər. Beynəlxalq məsələlər və regionda vəziyyət ətraflı müzakirə edildi. Aparılan danışıqlar ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağımıza əsas verir.
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir: “O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, - hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.”
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Hazırda regionda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, bu reallıq təsdiqlənir ki, sabitlik inkişafın, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar, nə də tərəqqi və insanların rahatlığı olacaq. Ulu Öndər Heydər Əliyev hər bir inkişafın əsasında sabitliyin dayandığını xüsusi qeyd edirdi. İqtisadi əlaqələrin qurulmasında bu amilin rolu böyükdür. Təbii ki, hər bir ölkə investisiya yatırdığı dövlətdə sabitliyə, demokratik inkişafa xüsusi diqqət göstərir.
Prezidentlərin mətbuata birgə bəyanatlarında bu reallıq da önə çəkildi ki, Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Cənab İlham Əliyev bu çağırışı etdi ki, lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir.
Tacikistanın dövlət başçısı cənab İlham Əliyevin səfərini həm əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamı kimi dəyərləndirdi. Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

