Ana dilimiz milli sərvətimizdir
27.04.2023 [11:32]
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev istər SSRİ dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərliyi dövründə milli maraqlarımızın və milli-mənəvi dəyərlərimizin, tariximizin, adət-ənənələrimizin, ana dilimizin qorunub-saxlanılması, yaşadılması və təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması istiqamətində səylə çalışıb. Bu amal ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi olub. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana sonsuz məhəbbəti, yüksək vətənpərvərliyi, Vətənçilik məfkurəsi onun bütün fəaliyyəti boyu özünü aşkar sübut edib. Ana dilimizə münasibəti və rəğbəti isə xüsusilə seçilib və hər bir azərbaycanlı üçün əsl örnək olub. Əbəs yerə deyil ki, ümummilli lider Heydər Əliyev hər zaman ana dilimiz haqqında danışarkən onu yüksək tərənnüm edərək doğma dilimizi milli sərvətimiz adlandırırdı. Hətta vurğulayırdı ki, öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə ulu öndərin dövlətimiz və xalqımız qarşısında xidmətləri və səyləri nəticəsində Azərbaycanın tarixi dəyərləri, ana dili, mədəniyyəti, ədəbiyyatı özünün intibah dövrünü yaşayıb. Bu gün də bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dahi öndərimiz Heydər Əliyev milli-mənəvi dəyərlərin məhv edilməsinin və xalqların tarixi irsinin silinməsinin həmin xalqların məhvinə gətirib çıxaracağı qeyd edirdi. Bu baxımdan milli dəyərlərimizi qorumağın müqəddəs vətəndaşlıq borcu olduğunu bildirirdi. Xüsusilə vurğulamaq lazımdır ki, SSRİ dövründə üzləşdiyi bütün təzyiqlərə və təhlükələrə baxmayaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il tarixli Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması olduqca əhəmiyyətli tarixi və siyasi hadisə idi: “SSR-nin ali qanunlar toplusunda Azərbaycan dilinin dövlət dili kimi öz təsdiqini tapması ulu öndərimizin xalqımız qarşısındakı müstəsna xidmətlərindən biridir. Bu hadisə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Çünki 70-ci illərin ictimai-siyasi həyatında bir çox xalqların ana dilinin inkişafına və yayılmasına təhdidlərin olduğu bir vaxtda Azərbaycan dilinin yenidən gündəmə gətirilməsi yüksək cəsarət, peşəkarlıq və vətənpərvərlik tələb edirdi. Sözsüz ki, bu tarixi və siyasi hadisənin təşəbbüskarı ulu öndərimiz Heydər Əliyev olmaqla yanaşı, eyni zamanda dahi şəxsiyyətin qətiyyətinin və siysi iradəsinin nəticəsi idi”.
Vətənə sadiqliyi ilə ana dilimizlə yanaşı, bir çox dəyərlərimizi yadelli təsirlərdən və təzyiqlərdən müdafiə edən ulu öndər Heydər Əliyev, həmçinin bu dəyərlərin əsas qoruyucusu, təbliğatçısı kimi üzərində çox böyük tarixi, siyasi bir missiya götürmüşdür. Bu müqəddəs missiya isə uzun illər boyu dövlətimizin və xalqımızın tarixinə işıq tutmuş, ulu öndəri milli dəyərlərimizin əsl hamisinə çevirmişdir. Rayon təşkilatının sədrinin fikrincə, tarixi təşəbbüsün məntiqi nəticəsi olaraq Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin əhəmiyyəti tariximizdə ana dilimizin inkişafına və yayılmasına gətirib çıxarmış, sonrakı tarixi mərhələlərdə öz məntiqi nəticəsini vermişdir. Sonrakı tarixi mərhələlərdə də ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ana dilimiz öz rəsmi hüquqi statusuna qovuşmuşdur. Belə ki, müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir: “Ulu öndərimiz Heydər Əliyev hər zaman dilimizə yüksək qiymət verirdi. Ana dilimizlə fəxr etdiyini, bu dildə danışamaqdan böyük qürur duyduğunu bildirərək, ana dilimizin zənglinliyini bütün çıxışlarında ehtiva edirdi. Bu gün Ana dilimizin inkişafı, zənginləşməsi və təbliğ edilməsi istiqamətində dövlət başçısı cənab İlham Əliyev yorulmadan çalışır və bir sıra islahatlar həyata keçirilir”.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

