Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevə daim minnətdar olacaq
04.05.2023 [12:35]
Tarixdən bizə məlum olan odur ki, dünya yeni inqilabi dəyişikliklər dövrünə qədəm qoyanda milli özünüdərk və azadlıq istəyi ilə alışıb-yanan xalqlar özünə ləyaqətli lider axtarışında olur. Ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşəndə müdrik Azərbaycan xalqı sovet dövründə respublikaya rəhbərlik edən dahi şəxsi yenidən hakimiyyətə gətirdi. Həmin tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. 100 illik yubileyi ərəfəsində ölkəmizin hər yerində sonsuz sayğı və hörmətlə anıldığı bu günlərdə Ümummilli Lider Heydər Əliyev haqqında nə qədər çox danışsaq, böyük məqalələr yazsaq belə, az və olduqca kiçik görünər.
Məlum olduğu kimi, şəxsiyyəti, mübarizliyi, prinsipiallığı və fədakarlığı ilə seçilən Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. Onun Azərbaycanda hakimiyyət olimpinə yüksəlişi İkinci Dünya müharibəsi dövründə, yəni 1941–1944-cü illərdə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında, Naxçıvan MSSR Xalq Komissarları Sovetində başlayıb. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilən Ulu Öndərin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi xalqın öz liderinə qovuşması tarixi idi.
Təxminən 13 ilə yaxın Azərbaycana rəhbərlik edən Heydər Əliyevin idarəçilik məharəti, rəhbərlik əzmi Onu xalqın gözündə ucaltdı. Təsadüfi deyil ki, 1990-cı ildə Moskvadan Azərbaycana qayıdan Ulu Öndər diqqətdən kənarda qalmadı. 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb.
Bununla yanaşı, Bakıdan uzaqda olsa da, qədirbilən xalqımızın ziyalıları böyük siyasətə qaytıması üçün Ulu Öndərə müraciət etdilər. Bu çağırışa müsbət cavab verən Ümummilli Lider Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçildi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda, Azərbaycan xalqı Ulu Öndərin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. İyun ayında Bakıya dəvət olunan Ümummilli Lider Heydər Əliyev 1993–2003-cü illərdə Azərbaycan Respublikasına rəhbərlik etməklə yanaşı, onu bütün bəlalardan xilas etdi, ölkəmiz dirşəliş və yüksəliş illərinə qədəm qoydu.
Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri sırasında müstəqilliyin qorunub möhkəmləndirilməsi, demokratik hüquqi dövlətin qurulması və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti də var. Qeyd edək ki, beynəlxalq normalara əsaslanan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyən edilməsi kimi vacib məsələlərin həlli şəxsən Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.
Ulu Öndərin uğurlu gənclər siyasəti də Onun xalq qarşısındakı xidmətlərinin əsas tərkib hissələrindən biri olub. Bu siyasətin banisi Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə xüsusi qayğı göstərib, onların bir fərd kimi yetişməsinə ciddi önəm verib. Respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edən Heydər Əliyev gənclərin milli və vətənpərvər ruhda tərbiyəsi ilə bağlı bunları söyləyib׃ “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
Respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycanda sağlam, perspektivli, bu dövlətə sahib dura biləcək bir gənc nəslin yetişməsinə xidməti əsas götürürdü. 1990-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, gənclərin qarşısında duran problemlər və onların həlli yollarını mürəkkəbləşdirmişdi. Bunu yaxşı dərk edən uzaqgörən rəhbərimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başlandı: gənc nəslin mənəvi və fiziki tərbiyəsi, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində bəzi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı.
Ümummilli Liderin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlandı. 26 yanvar 1996-cı il tarxində Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu tədbirdən sonra dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı.
1 fevral 1997-ci il tarixində gənclərin I forumunun ildönümü münasibəti ilə gəncləri qəbul edən Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən Gənclər Günü Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı. Gənclərin II forumu 1999-cu ildə keçirildi. Gənclərə xüsusi diqqət ayıran ölkə rəhbəri Heydər Əliyev bu forumda çıxış edərək gənclərə müraciət etdi׃ “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.
Ulu Öndərin banisi olduğu gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.
Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin dövründə böyüyən gənclər bənzərsiz vətənpərvərlik nümayiş etdirərək, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdilər.
Sonda onu da qeyd edim ki, memarı olduğu müstəqil Azərbaycan dövləti, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev və Yeni Azərbaycan Partiyası dahi rəhbərimiz Heydər Əliyevin bizə əmanətidir. Vətəni göz bəbəyi kimi qorumaq və inkişaf etdirmək naminə cənab Prezidentin ətrafında birləşmək biz gənclərin borcudur. Bir gənc kimi anlayıram ki, Ulu Öndər Heydər Əliyev kimi tarixi şəxsiyyətlər haqqında söz demək çətin, məsuliyyətli və bir o qədər də şərəfli bir işdir. Yalnız onu deyə bilərəm ki, gənclərimizə göstərilən xüsusi qayğıya görə Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevə daim minnətdar olacaq. Ulu Öndər Heydər Əliyevlə fəxr edir, onu sonsuz sayğı və hörmətlə anırıq!
Vüqar HÜSEYNOV,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

