Heydər Əliyevin ideyaları xalqımızı gələcəyə böyük ümidlə yaşadır
10.05.2023 [17:17]
Bu gün ölkəmizdə müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf yolunda əvəzsiz tarixi xidmətləri olan, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Heydər Əliyev hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. O, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir və Azərbaycanın tarixi inkişaf prosesinə böyük təkan vermişdir.
Xalqımızın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müdrikliyi və siyasi iradəsi bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Heydər Əliyev yaşadığı zəngin və mənalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi daim Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu Öndər dövlət başçısı kimi Azərbaycanın çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəmizi bəlalardan qurtarmağı bacarmışdır. Heydər Əliyev zəngin ictimai-siyasi təcrübəsinə, Azərbaycan xalqının dəstəyinə arxalanaraq ölkəni ağır vəziyyətdən qısa müddətdə çıxarmağın optimal yollarını, vasitələrini müəyyənləşdirdi. Azərbaycançılıq ideyası altında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə etnik iddialar alt-üst edildi, vahid, bölünməz, unitar quruluşlu Azərbaycam Respublikası bərqərar olundu.
Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdarkən əvvəlki böyük xidmətlərinə arxayınlaşmadı. Demokratik prinsiplərə uyğun köklü islahatlar apardı. Aqrar sahədəki kolxoz-sovxoz sistemini ləğv etdi, torpaqları əvəzsiz olaraq xalqın əmlakına çevirdi, dağılmış sənayeni yeni texnika və texnologiyalar əsasında yenidən qurdu, dinlərin və mədəniyyətlərin qarşı-qarşıya qoyulması hallarını aradan qaldırdı, qanunun aliliyini təmin etdi, yoxsulluğun və işsizliyin azalılması istiqamətində sistemli proqram həyata keçirdi, sosial ədaləti bərpa etdi, vətəndaşların rifah halının yüksəldilməsi məsələsini dövlətin ən əsas vəzifəsinə çevirdi, dünya dövlətləri ilə möhkəm əlaqə qurdu, qloballaşma prosesində Azərbaycanın fəal iştirakını təmin etdi, dünya birliklərində Azərbaycanın yerini müəyyən etdi.
Heydər Əliyev çağdaş Azərbaycan dövlətinin qurucusu və memarıdır. Bütün ömrünü öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlətçilik məktəbinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deyən böyük tarixi şəxsiyyət Heydər Əliyevlə bütün dünya azərbaycanlıları həmişə fəxr edirlər. Çünki XX əsrdə dünya azərbaycanlılarını birləşdirən, bu birliyi real həyata keçirmək üçün xüsusi hökumət qurumlarını yaradan Heydər Əliyev olmuşdur. Ulu Öndəri dünyanın XX əsrdə formalaşmış siyasi və dövlət xadimlərinin heç biri ilə müqayisə etmək olmaz. Ona görə ki, onun seçdiyi inkişaf yolu başqalarından çox uğurlu, faydalı nəticələr verən metodlar olub. Onun həyat yolu özü kimi nümunəvidir, əvəzsizdir.
Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və sədri olduğu Yeni Azərbaycan Partiyası ilə sıx şəkildə bağlıdır. Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə böyük təsir gücü olan, sistemli siyasi qüvvə - Yeni Azərbaycan Partiyasını yaratmaqla siyasi sistemi dəyişdi. O, 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə gəlməsi ilə Yeni Azərbaycan Partiyasının inkişafında yeni mərhələ başlamışdır. Bugün öz sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən YAP ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir.
Ulu Öndər ölkəmizin təhrif olunmuş tarixinin bərpası, həqiqi elmi tarixin yazılması istiqamətində çox zəhmət çəkdi. Keçmişimizi, bu günümüzü və gələcəyimizi kəsilməz xətt boyunca sistemə salmağın yollarını göstərdi. İslam mədəniyyətini millətə qaytardı. Rusiya müstəmləkəçiliyinə son qoydu, millətin mənəvi cəhətdən təmizlənməsi üçün siyasi-mədəni islahatlar keçirdi.
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycan tarixinin qızıl dövrüdür. Ulu Öndərin vəfatından keçən dövr ərzində inkişafımızın əsas səbəbi məhz onun ideyalarına sadiqlik, tövsiyyələrinə və həyat təcrübəsinə istinad etmək, onları düzgün qiymətləndirmək və nəzərə almaqdır. Heydər Əliyev Azərbaycan xalqı üçün o qədər zəngin elmi-nəzəri irs qoyub getmişdir ki, XX əsrdə heç kəs bu yolu keçə bilməmişdir və bu irsdən Azərbaycan xalqı on illər boyu faydalana biləcək. Bu yol hazırda Ulu Öndərin ictimai-siyasi varisi, dünyada öz zəkası, qətiyyəti ilə seçilən cənab İlham Heydər oğlu Əliyev tərəfindən uğurla davam etdirilir, növbəti illərdə də davam etdiriləcək.
Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Heydər Əliyevin ideyaları, əməli təcrübəsi xalqımızı gələcəyə böyük ümidlə yaşadır və hələ çox illər yaşadacaqdır. Heydər Əliyev həmişə insanlıq nümunəsi kimi yad ediləcəkdir.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

