Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır
12.05.2023 [11:47]
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması, əslində, dövlətçilik tariximizin yenidən öyrənilməsi ili kimi xarakterizə olunmalıdır. Çünki Heydər Əliyev böyük dövlət xadimi kimi Azərbaycan dövlətçilik tarixinin ayrıca bir erasını, mühüm bir epoxasını yaradıb. Ulu Öndərin adı Azərbaycanda dövlət, hüquq, həmrəylik, birgəyaşayış kimi məfhumlarla assosiasiya olunur.
Heydər Əliyev elə nadir tarixi şəxsiyyətlərdəndir ki, özündən sonra Azərbaycan üçün böyük miras qoyub. Onun qoyub getdiyi ən böyük miras, heç şübhəsiz, müstəqil Azərbaycan dövlətidir. Bununla yanaşı, azərbaycanlı milli psixologiyasında, milli mənəviyyatında, sosial kimliyində də Ümummilli Liderimiz çox böyük iz buraxıb. Bu baxımdan, 2023-cü ilin “Heydər Əliyev İli” adlandırılması həm də bizim milli yaddaşımızın yenilənməsi baxımından əlamətdardır.
Müstəqillik dövründən əvvəl, keçmiş sovet dönəmində əldə olunan nailiyyətlər və inkişafının olduğu kimi, ölkəmizin müstəqillik yoluna çıxması hadisəsi də Heydər Əliyevin adı ilə bağlıdır. “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” fikri əbəs yerə deyilmir, bu, həqiqətən, belədir. Biz 1991-ci ildə müstəqilliyimizi elan etmişdik, amma bu, formal xarakter daşıyırdı. Ona görə ki, dövlətin müstəqil siyasəti, hətta Konstitusiyası da yox idi, Halbuki dövlətin iqtisadi, siyasi, hüquqi münasibətləri, ilk növbədə, Konstitusiya ilə tənzimlənməlidir. Üstəlik, Azərbaycan vətəndaş müharibəsinə cəlb olunmuşdu, torpaqlarımız işğal olunurdu. Ulu Öndərin Azərbaycan xalqının ümumi kütləvi sosial sifarişi ilə hakimiyyətə gəlməsindən sonra dövlətin formal atributlardan çıxarılıb real işlək mexanizmə çevrilməsi hadisəsi baş verdi. Biz müstəqilliyin dadını məhz bundan sonra duymağa başladıq. 1994-cü ildə bu gün qürurla bəhs etdiyimiz “Əsrin müqaviləsi”nin imzalanması ilə isə müstəqil iqtisadiyyatımızın əsası qoyuldu. 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu.
Böyük dövlət xadimi Heydər Əliyevin ən böyük xidmətlərindən biri də azad cəmiyyət yarada bilməsidir. Çünki bütün münasibətlərin, söz azadlığının, mətbuat azadlığının, insan hüquqlarının, dini etiqad azadlığının, gender bərabərliyinin təmin olunması Ulu Öndərin şah əsəri adlandırdığımız Konstitusiyamızla bağlıdır.
Elnur Əmiraslanov
YAP Hacıqabul rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35

