Enerji mənbələri və marşurutları şaxələndirilir
08.06.2023 [11:29]
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji-“Caspian Power” sərgilərinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı ilk olaraq vurğuladı ki, nəhəng dövlətlərinin olduqca böyük maraq göstərdiyi Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti və Böyük Britaniyanın Baş nazirinin tədbirə məktub göndərmələri tədbirin nə qədər böyük marağa, qlobal əhəmiyyətə malik olmasını nümayiş etdirir. Bu bir reallıqdır ki, bu gün Azərbaycan müasir dünyada enerji təminatı sahəsində aparıcı ölkələrdən biridir.
Prezident İlham Əliyevin qeyd etdiyi ki, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyib. Bu da Azərbaycana öz resurslarını inkişaf etdirə bilməsinə təkan verib. Əvvəlcə bu sərgi neftə aid idi, indi isə qaz sahəsi burada söhbət mövzusudur. Dövlət başçımız onu da vurğuladı ki, Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb.
Dövlətimizin başçısı enerji sahəsində əldə olunan uğurlardan geniş şəkildə bəhs edərək bu gün Azərbaycan enerji sahəsində əldə etdiyi bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının böyük rol oynadığını bildirdi və yalnız 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra həmin strategiyanın həyata keçirilməsinin mümkün olduğunu vurğuldı. Cənab İlham Əliyev onu da qeyd etdi ki, “Əsrin müqaviləsi” imzalanmaqla ölkəmizdə vəziyyət kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu müqavilənin Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq deyirdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin süverenliyinin daha da möhkəmlənməsi üçün geniş imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
Bu gün Ulu öndərin müəllifi olduğu neft strategiyasını uğurla davam etdirən ölkə başçımızın həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində Azərbaycan Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında əsaslı rol oynayır. Enerji təhlükəsizliyi müasir dünyamızda dövlət başçımızın qeyd etdiyi kimi milli təhlükəsizlik gündəliyində ən önəmli yer tutur. Təbii ki, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı bir çox müsbət məqamlara və ən əsası da, olduqca geniş perspektiv potensiala malik olmağından irəli gəlir.
Prezident İlham Əliyev çıxışı əsnasında bərpaolunan enerji haqqında danışaraq Azərbaycanın nəhəng potensialı olduğunu və bunun artıq ilkin hesablaması aparıldığını, 157 qiqavat həcmin yalnız Xəzər dənizində olduğunu bildirdi. Dövlət başçımız qeyd etdi ki, beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.
Ölkə başçısı “TANAP və TAP layihələrinin daha da genişlənməli olduğunu da öz çıxışında qeyd etdi və bildirdi ki, Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Təbii ki, bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

