Artıq sülhün zamanı yetişib
04.10.2023 [12:50]
Danılmaz həqiqətdir ki, son 20 ildə müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursu dayanır. 2003-cü il oktyabrın 1-də Ümummilli Liderimizin xalqa tarixi müraciətində söylədiyi “Üzümü Sizə -həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” fikri tam reallaşdı.
Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiq qalaraq xalq qarşısında götürdüyü bütün öhdəlikləri ləyaqətlə yerinə yetirdi, verdiyi hər bir sözə əməl etdi. Bu gün Möhtərəm Prezidentimiz, Ulu Öndərimizin böyük zəhmət bahasına müəyyənləşdirdiyi Azərbaycanın hərtərəfli inkişafına və xoşbəxt gələcəyinə hədəflənmiş siyasi kursunu şərəflə, qətiyyətlə, uğurla davam etdirir. Milli maraqları əsas götürərək dövlətçilik naminə nə qədər çətin və ağır olsa da, bütün maneələri cəsarətlə aradan qaldırır.
Ölkə Başçımız Prezident seçildiyi ilk gündən ölkədə demokratik islahatları dərinləşdirdi, xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində nəhəng layihələrə imza atdı, qeyri - neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü, böyük infrastruktur layihələri həyata keçirdi, ölkənin dünyaya çıxışını təmin etdi. Prezident İlham Əliyevin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlil edilmiş siyasi strategiyası, sərkərdəlik məharəti mümkün olmayanı da mümkün etdi. Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız bir əks - həmlə ilə azad edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq.
Bu günlər xalqımız torpaqlarımızın işğaldan azad olunmasının, suveren hüquqlarımızın bərpa edilməsinin sevincini və qürurunu yaşadığı zamanda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır, müasir tələblərə cavab verən infrastruktur layihələr həyata keçirilir.Hazırda bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən qurulur. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər öz evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Prezidentimiz ədalətli və prinsipial mövqeyini hərb meydanında, diplomatiyada, informasiya savaşında, mötəbər beynəlxalq və yerli tədbirlərdə əzmlə, qətiyyətlə davam etdirir. Dövlətimizin başçısı həmişə birmənalı olaraq bildirir ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!
Sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezidentimiz sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi əməliyyatdan danışdı, ölkəmizin bu əməliyyatda niyyətinin nə olduğunu açıqladı.
Ölkə Başçısı qeyd etdi ki, Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb.
Mərasimdə Prezidentimiz güc və iradə mesajı səsləndirərək dedi ki, Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflər bizim səbrimizlə oynamasınlar. Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır. Bəli, bu yeganə çıxış yoludur.
Asəf Salmanov
YAP Qazax rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

